İçi doldurulmuş kartof – Resept
Bizi izləyin

Tabloid.az

İçi doldurulmuş kartof – Resept

Tabloid.az ləziz, doyumlu kartof xörəyinin reseptini təqdim edir:

Tabloid.az ləziz, doyumlu kartof xörəyinin reseptini təqdim edir:

Tabloid.az ləziz, doyumlu kartof xörəyinin reseptini təqdim edir:

İnqrediyentlər:

Kartof 1 kq

Qiymə ət - 300 qram

Soğan - 2 ədəd orta

Kök 100 qram

Tomat pastası - 1 xörək qaşığı

Sarımsaq

Bitki yağı

Hazırlanma qaydası:

Eyni ölçülü kartoflar seçin. Kartofun ortasını bıçaq və çay qaşığından istifadə edərək oyun. Kartofun dibinə qədər oyun.

Kartofun içini hazırlayın. Qiyməyə duz, istiot, sarımsaq və soğan əlavə edin.

Kartofları tavaya düzün. Su, duz əlavə edib kartofları yarı çiy bişirin.

Kartof bişənə kimi qiyməni bitki yağında qızardın, sürtgəcdən keçirilmiş kök və tomat pastası əlavə edin.

Kartofun içinə qiymə qoyun və zəif odda bişirin. Süfrəyə verəndə üzərinə göyərti səpin.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm