Kim Kardaşyan bunu da etdi - Fotolar
Bizi izləyin

Tabloid.az

Kim Kardaşyan bunu da etdi - Fotolar

Qızı ilə geyimini uyğunlaşdırmağı sevən Kim Kardaşyan yenə hamının diqqətini çəkə bilib

Porno-ulduz Kim Kardaşyan və həyat yoldaşı Kenya Uest Paris Moda Həftəsi çərçivəsində baş tutan “Givenchy” brendinin dəfiləsində iştirak ediblər. Kim Kardaşyan ögey bacısı model Kendal Cennerə dəstək vermək üçün dəfiləyə qızı Norf Uesti də gətirib.

Gipürdən hazırlanmış qara rəngli kombinezon geyinən Kim 1 yaşlı qızına da özününkünə oxşar libas geyindirib.

Qızı ilə geyimini uyğunlaşdırmağı sevən Kim Kardaşyan yenə hamının diqqətini çəkə bilib. Ancaq ulduzun bütün uşaqların yuxuda olduğu bir saatda qızını dəfiləyə gətirməsi tənqid edilib. Xüsusilə balaca Norfun dəfilənin sonlarına doğru ağlaması və evə getmək istəməsi Kim Kardaşyanın qızının sağlamlığını düşünmədiyi və ondan reklam vasitəsi kimi istifadə etdiyi ilə bağlı fikirlərin ortaya atılmasına səbəb olub.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm