Köhnə mebelləri divar kağızları ilə yeniləyin - Fotolar
Bizi izləyin

Tabloid.az

Köhnə mebelləri divar kağızları ilə yeniləyin - Fotolar

Köhnə mebelləri divar kağızları ilə yeniləyin - Fotolar

Bu il interyerdə divar kağızları trend olacaq. Evlərə fərqli toxunuş qatan divar kağızları dəbə minəcək. Lakin bu kağızlar divarlarda deyil, tamamilə fərqli yerlərdə istifadə olunacaq. Artıq evdə dəyişiklik etmək istəyəndə köhnə mebelləri atmalı olmayacayaqsınız. Belə ki, divar kağızlarının incə toxunuşu sayəsində mebellər inanılmaz dərəcədə orijinal və yeni görünəcək.

Bildiyiniz kimi, divar kağızları arasında fərqli janrlara müraciət edən bir çox model tapmaq mümkündür. Hal belə olunca ev dekorasiyasına rəng qatmaq üçün divar kağızlarının faydası olduqca böyükdür.

Divar kağızlarını düz səthlərə malik şifoner, komod və qarderoblara tətbiq etmək olduqca asandır. Həmçinin açıq rəflərin içini divar kağızları ilə örtərək çox gözəl nəticələr ala bilərsiniz. Divar kağızı ilə mebelləri qapadacaqsınızsa, diqqət etməyiniz lazım olan ən əhəmiyyətli məqam rəng və naxış seçimidir. Ev dekorasiyasına tabe olacaq rəngləri və naxışı seçdikdən sonra bəzəmək və örtmək istədiyiniz səthin böyüklüyünə görə divar kağızı ala bilərsiniz. Divar kağızını necə yapıştıracağınızla bağlı internetdə bir çox yazı tapa bilərsiniz.

Divar kağızları ilə yenilənən mebellərə heyran olmamaq mümkün deyil. Evinizi yeniləmək üçün bundan gözəl və asan bir fikir düşünə bilmirəm. Tabloid.az eviniz üçün ruhlandırıcı nümunələr toplayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm