Sevda Sanəliyevanın uşağının cinsiyyəti məlum oldu
Bizi izləyin

Tabloid.az

Sevda Sanəliyevanın uşağının cinsiyyəti məlum oldu

Hamiləliyinin 4-cü ayında olan müğənni Sevda Sanaliyevanın uşağının cinsiyyəti bəlli olub.

Hamiləliyinin 4-cü ayında olan müğənni Sevda Sanaliyevanın uşağının cinsiyyəti bəlli olub.

Tabloid.az xəbər verir ki, sənətçi “Facebook” profilində ana olacağını bildirib:

“Oğlum, Uğurum, Allah səni sağ-salamat qucağıma almağı nəsib etsin”.

Qeyd edək ki, bir neçə ay öncə iş adamı ilə ailə quran müğənninin toy mərasimi qapalı keçmişdi. Hər zaman şəxsi həyatını gizli saxlayan Sevdanın toyu paytaxt restoranlarından birində olmuşdu. Mərasimdə yalnız müğənninin 15-20 nəfərdən ibarət qohum və yaxınları iştirak etmişdi.

Evləndiyi şəxsin kimliyini ciddi cəhdlə gizlədən Sevda Sanaliyevanın ailə qurduğu adamla uzun illərdir birgə olduğu deyilir. Hətta məhz həmin adamın təkidindən sonra Sevda rəqqasəlik sənəti ilə vidalaşmalı olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm