Eldar Qasımov: “Manyak olmaq istəyirəm” - Video
Bizi izləyin

Tabloid.az

Eldar Qasımov: “Manyak olmaq istəyirəm” - Video

“Eurovision-2011” mahnı müsabiqəsində birincilik qazanan təmsilçimiz Eldar Qasımovun könlündən aktyor olmaq keçir.

“Eurovision-2011” mahnı müsabiqəsində birincilik qazanan təmsilçimiz Eldar Qasımovun könlündən aktyor olmaq keçir.

Tabloid.az xəbər verir ki, müğənni kinoya çəkilmək istədiyini və filmlərdə ya manyak, ya da qatil obrazını canlandırmaq niyyətini dilə gətirib. Seriallara çəkilmək dəvəti alan Eldarı ssenari qane etməyib:

“Azərbaycan istehsalı olan iki seriala çəkilmək təklifi aldım. Sadəcə olaraq, nə rol, nə də ki, ssenari xoşuma gəlməyib. Amma ümid edirəm ki, mənə yaxşı ssenari və rol təklif edəcəklər. Yenə filmə çəkiləcəyəm”.

Qeyd edək ki, Eldar Qasımov “Qorxma, mən səninləyəm. 1919” filmində çəkilib. “Qorxma, mən səninləyəm.1919”, ötən əsrin 80-ci illərində çəkilmiş “Qorxma, mən səninləyəm” bədii filminin davamı kimi ekranlaşdırılıb.

1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə cərəyan edən hadisələrdən bəhs edən filmin süjet xətti o dövrün sevgi macərası üzərində qurulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm