• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Qış gecələrinin əvəzolunmaz ləzzətinin inanılmaz faydaları

Qış gecələrinin əvəzolunmaz ləzzətinin inanılmaz faydaları

Yeməyə adət etdiyimiz qidaların tərkibində bir çox xəstəliyə şəfa olan vitaminlərin olduğundan xəbərsiz oluruq. Bunlardan biri də soyuq qış günlərində dadına doymadığımız şabalıddır. Tərkibində nişasta, lif, zülal, kalium, kalsium kimi mineral maddələr və bol miqdarda “B” vitamini mövcuddur. Tabloid.az Türkiyə mətbuatına istinadən şabalıdın faydaları, bişirilmə qaydası və çox yeyildiyi halda baş verən mənfi təsirlərini təqdim edir:

İstər suda qaynadılmış, istərsə də qızardılmış şabalıd axşam söhbətlərinin əvəzolunmaz çərəzidir. Bir alma, bir portağal, bir ovuç popkorn və 3 ədəd şabalıd 350 kaloriyə bərabərdir. Axşam vaxtı qəbul etdiyiniz bu qida mədənizdə ağırlaşmaya səbəb ola bilər. Təkcə 120 qram şabalıdda 200 kalori mövcuddur.

Bir şabalıdın bir dilim çörəyə bərabər olduğunu nəzərə alsaq, mütəxəssislər artıq çəkidən əziyyət çəkənlərə gün ərzində 100 qramdan artıq şabalıd yeməyi məsləhət görmürlər.

Gün ərzində enerjili olmağınıza səbəb olan şabalıd eyni zamanda, qan dövranını sürətləndirir, bağırsaq, qaraciyər, mədə problemlərini aradan qaldırmaqda mühüm rol oynayır.

Təkcə içində deyil, qabığında da min bir dərdin dərmanı mövcuddur. Belə ki, qabığını qaynadaraq əldə edilən su yüksək temperaturun düşməsində və əsəblərin sakitləşməsində effektiv nəticə verir.

Şabalıd həm də qısa müddətdə ishalı aradan qaldırır.

Bu çərəzin digərləri ilə müqayisədə tərkibində daha az yağ olmaqla birlikdə insan orqanizmi üçün faydalı “lineoleik turşu”su ilə zəngindir. Lineoleik turşusu ürək-damar xəstəliklərinin qarşısını almaqda və xüsusilə uşağın beyinin inkişafında əvəzolunmazdır.

Həm qidalandırıcı, həm də enerji mənbəyi olan bu çərəz mədəni tox tutur. Qıtlıq illərində də xalqın dadına çatan şabalıdı II Dünya Müharibəsində çovdar ununa qataraq çörəyin hazırlanmasında istifadə olunub.

Şabalıd qış aylarında tez-tez tutulduğumuz soyuqdəymə və qripdən də qoruyucu xüsusiyyətə sahibdir. Tərkibindəki B qrupu vitaminlər halsızlıq və yorğunluğu aradan qaldırır, bədən müqavimətini artırır və bu səbəbdən qrip və soyuqdəymədən qorunmağa yardımçı olur.

Şabalıdın yeganə faydası qrip və soyuqdəymədən qorumaqla bitmir, eyni zamanda, qan dövranını tənzimləyir, sinirləri yaxşılaşdırır.

Çox şabalıd yeyiləndə nə baş verər?

Çox istehlak edildiyi təqdirdə orqanizmə artıq miqdarda kalori yüklənmiş olur və çəki artır. Məsələn, 3 ədəd şabalıd 1 dilim çörəklə eyni kalori miqdarına malikdir.

Şabalıd uzun müddət və çox miqdarda istehlak edilsə damar sərtliyinə də səbəb ola bilər. Təzyiq xəstələrinə də mənfi təsir göstərir. Tərkibindəki kalium xüsusilə təzyiqdən əziyyət çəkən xəstələrə təsir etdiyi üçün çox miqdarda istehlak edilməməlidir.

Şabalıd ilə birlikdə nə yeyilir?

Şabalıdı təkbaşına yemək yerinə, yanında mütləq bir zülal qaynağı olan yemək də olmalıdır. Məsələn, bu qida süd ola bilər.

Şabalıdı necə seçməli?

Şabalıdı seçərkən rənglərinin canlı və sərt olmasına diqqət yetirmək lazımdır. Digər tərəfdən, şabalıdın üzərindəki ləkələrə fikir verin. Daha tündrəngli və ya pis qoxulu şabalıdlardan isə istifadə etməyin.

Şabalıd qızartmasının hazırlanma qaydası

Şabalıdın qaynadılaraq yeyilməsi çox uyğun və sağlamlıq baxımından daha etibarlıdır. Ancaq şabalıd kababının dadı da insanlar tərəfindən daha çox sevilir, soyuq qış günlərində küçələrdə insanların qəlbini isidəcək bir çərəzdir.

Keçmişdə hər evdə bir soba vardı və sobanın üstünə bir qədər şabalıd qoyulur və nuşcanlıqla yeyilərdi. İndi isə şabalıdı fındığı və fıstığı qızartdığımız adi qaydada tavada qızarda bilərsiniz. Türkiyədə isə şabalıd qızartmasın hazırlayan xüsusi kababçılar çalışır.

Bundan başqa, Türkiyədə şabalıd mürəbbəsi də hazırlayır. Həmçinin “kestane şekeri” yəni, şabalıddan hazırlanan şirniyyatlar bişirirlər.

Şabalıdın bişirilmə qaydası

Şabalıdları iti bıçağın ucu ilə üst tərəfdən “x” şəklində çərtin və 1 saat soyuq suda saxlayın. Sonra şabalıdları qaynayan suya tökərək yarım saat bişirin. 5 dəqiqəyə qədər qazanın üstünü yun parça ilə örtsəniz, şabalıdların dadı daha gözəl olar. Qaynatdığınız suya 2 damcı zeytun yağı əlavə etsəniz, yaxud qaynatdıqdan sonra soyuq sudan keçirsəniz, şabalıd çox tez və asanlıqla soyular. Ocaq üstündə şabalıd bişirmək istəyirsinizsə, üstünü çərtdikdən sonra 1 saata qədər buzlu və ya soyuq suda saxlayın, onda daha tez bişəcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR