Məşhur moda evinin yaradıcılığında gözlənilməz dönüş - Fotolar
Bizi izləyin

Tabloid.az

Məşhur moda evinin yaradıcılığında gözlənilməz dönüş - Fotolar

"Elie Saab"ın möhtəşəm ziyafət libasları

Paris moda həftəsində "Elie Saab"ın möhtəşəm ziyafət libasları

"Elie Saab"ın yeni kolleksiyası Paris moda həftəsində nümayiş olunub. Bütün qadınların sevimli moda evinin livanlı dizayneri bu dəfə qonaqları sözün əsl mənasında təccübləndirib. Belə ki, "Elie Saab" yaradıcılığında gözlənilməz dönüş edib. O, izləyiciləri təkcə növbəti rəng qamması dəyişikliyi ilə deyil, həm də yeni siluetlər və texnikalarla təəccübləndirib.

Dəfilədə əvvəlcə ciddi və gündəlik geyimlər, daha sonra sadə, amma eleqant ziyafət geyimləri təqdim olunub. Digər kolleksiyalardan fərqli olaraq gül motivləri, muncuq və zər detalları o qədər də nəzərə çarpmayıb. Yeni kolleksiyada seksual dəlikləri və dərin dekolte həddindən artıq istifadə olunub. Başlıcası isə dizayner bu dəfilədə yeni rəng harmoniyasını, təsvirlərini nümayiş etdirib. Bu kolleksiya Paris dəb həftəsinə sözün əsl mənasında damğa vurub.

Tabloid.az yeni kolleksiyanın fotolarını təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm