Məryəm Üzərli: “Yenidən aşiq olmağa hazıram” – Fotolar
Bizi izləyin

Tabloid.az

Məryəm Üzərli: “Yenidən aşiq olmağa hazıram” – Fotolar

"Möhtəşəm yüz il” serialında Hürrəm Sultan obrazı ilə tanınan aktrisa Məryəm Üzərli “Elle” jurnalına müsahibə verib

Möhtəşəm yüz il” serialında Hürrəm Sultan obrazı ilə tanınan aktrisa Məryəm Üzərli “Elle” jurnalına müsahibə verib.

Aktrisa maraqlı açıqlamaları ilə diqqət çəkib:

“Hamilə olduğum üçün bütün günü evdə otururdum. Arada gəzintiyə çıxırdım, velosiped sürürdüm, ya da dostlarımla görüşürdüm. Özümə sual verdim ki, sənə necə rahat olacaq? Sonra cavabı tapdım və həyatıma tətbiq etdim.

Məryəm Üzərli heç vaxt məşhur olmağı arzulamadığını bildirib:

“Bir dəfə Bebekdə kafedə oturarkən bir uşaq mənə yaxınlaşıb dedi ki, mən də məşhur olmaq istəyirəm. Ondan “Aktrisa, yoxsa məşhur olmaq istəyirsən?" - deyə soruşdum. Cavabından belə başa düşdüm ki, məşhur olmaq istəyir. Amma mən sadəcə aktrisa olmaq istəmişdim, heç vaxt məşhur olmaq istəməmişəm”.

Türkiyədə böyükdən kiçiyə hamının tanıyıb sevdiyi Məryəm Üzərli Berlində tanınmadığını etiraf edib:

“Az qala bir ildir buradayam. Amma mənimlə heç kim maraqlanmır. Arada türkiyəli taksi sürücüsünə rast gəlirəm. Onlar məni tanıyır, şəkil çəkdirmək istəyirlər, vəssalam. Əvvəlki həyatıma geri qayıtmışam. Məşhur olmaq həyatın həqiqəti deyil. Yenidən sevməyə, aşiq olmağa hazıram".

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm