Toyuğu niyə yumadan bişirmək lazımdır?
Bizi izləyin

Tabloid.az

Toyuğu niyə yumadan bişirmək lazımdır?

Çiy toyuğu yumaq olmaz!

İngiltərəli sağlamlıq və düzgün qidalanma üzrə mütəxəssislər çiy toyuğu bişirmədən öncə yumağın qida zəhərlənməsinə səbəb olduğunu açıqlayıblar.

İngiltərə Qida Standartları Agentliyi (FSA) 4 min 500 ingilis vətəndaşının iştirakı ilə maraqlı sorğu keçirib. Sorğunun nəticəsinə görə, insanların 44 faizi toyuğu bişirmədən öncə yuyur.

FSA iddia edir ki, toyuğun yuyulması nəticəsində ətrafa bakteriyalar yayılır. Belə ki, ətrafa sıçrayan çirkli su mətbəxdə kampilobakter bakteriyasının çoxalmasına şərait yaradır. Təkcə İngiltərədə hər il təxminən 280 min nəfərin kampilobakter infeksiyasına yaxalandığını bildirən mütəxəsislər dünyada isə bu infeksiyaya yaxalananların sayının milyonu keçdiyini vurğulayırlar. Bu infeksiya qida zəhərlənməsinə səbəb olur və hətta ölümlə nəticələnə bilir.

Toyuğu bişirərkən bütün mikrobların öldüyünü bildirən mütəxəssislər onu çiy halda yumamağı məsləhət bilirlər.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm