Səməd Səmədova 10 min manatlıq delfin hədiyyə olunmayıb
Bizi izləyin

Tabloid.az

Səməd Səmədova 10 min manatlıq delfin hədiyyə olunmayıb

“Qrup o qədər pulu haradan tapır?”

Sentyabrın 17-də xalq artisti Səməd Səmədovun doğum günü olub.

Tabloid.az xəbər verir ki, müğənni ad gününü yaxınlarının əhatəsində qeyd edib.

Mətbuatda yer alan xəbərlərə əsasən, S.Səmədovun yaratdığı “Qismət” qrupu ona 10 min manatlıq hədiyyə edib. Onların hədiyyəsi delfin olub. Qrupun solisti Tural Məmmədovun “Qafqazinfo”ya açıqlamasına görə, onlar xalq aristinin çoxdankı arzusunu reallaşdırmış olublar.

Məsələyə aydınlıq gətirmək üçün S.Səmədovun prodüseri Rövşən Cəfərovla əlaqə saxladıq. O, Tabloid.az-a bildirdi ki, bu xəbər yalandır, xalq artsitinə delfin hədiyyə edilməyib,

“Qrup o qədər pulu haradan tapır? Yalan söhbətdir. Səməd müəllim arada onlara maddi yardım edir”- deyə prodüser bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm