• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Sizə ən uyğun dodaq boyasını necə tapmalısınız?

Sizə ən uyğun dodaq boyasını necə tapmalısınız?

Qadınların ən çox sevdiyi kosmetik vasitələrdən biri də dodaq boyalarıdır. Araşdırmaların nəticələrinə görə, qadınların 60 faizi dodaq boyası çəkmədən evdən çıxmırlar. 80 faiz qadın isə 14-60 yaş arasında dodaq boyasından istifadə edir. Qadınların 31 faizi ən çox qırmızı dodaq boyasına üstünlük verir.

Gördüyünüz kimi dodaq boyaları qadınların həyatında çox önəmli yer tutur. Bəs görəsən bütün qadınlar özləri üçün ən ideal dodaq boyası rəngini düzgün müəyyənləşdirə bilirlər?

Hələ də özünüzə ən çox yaraşan dodaq boyasına qərar verə bilməmisinizsə, mütləq yazımızı oxumağa davam edin!

Qəhvəyi saç və qarayanız dəri

Əgər siz də bu xüsusiyyətlərə sahibsinizsə, onda dodaq boyası tapmağınız asan olacaq. Çünki hər rəng dodaq boyası əla yaraşacaq. Ancaq dişləriniz Hollivud ulduzlarınınkı kimi bəyaz deyilsə, tünd qəhvəyi rəngli dodaq boyalarından uzaq durmağa çalışın. Çünki bu rəng dişlərin sarılığını daha da ön plana çıxarır.

Çəhrayı rəng dodaq boyaları sizə təbii görüntü bəxş edəcək. Bej rənglər daha seksual görünməyinizə vəsilə ola bilər. Şaftalı çalarları isə çox cazibədar görünməyinizə səbəb olacaq. Bənövşəyi rəngli dodaq boyası ilə kişiləri dəli edə bilərsiniz.

Qırmızı saç və ağ dəri

Siz daha az cəlbedici rəng çalarlara üstünlük verməlisiniz. Hətta dodaq boyası əvəzinə rəngli balzamlardan istifadə etsəniz daha yaxşı olar. Ancaq dodaq boyasından vaz keçmək istəmirsinizsə, o zaman qəhvəyinin açıq tonları və şaftalı çalarlarında dodaq boyası seçin.

Qırmızı rəng dodaq boyaları sizin üçün risklidir. Hər çalar sizə yaraşmaya bilər. Ancaq qırmızı dodaq boyalarını sevirsinizsə, qəhvəyiyə çalan tonlarını seçin.

Sarı saç və ağ dəri

Açıq rənglər sizin üçün daha uyğundur. Çünki tünd rəngli dodaq boyaları sizi olduğunuzdan daha yaşlı göstərə bilər.

Bej rənglər sizin üçün ən ideal seçimdir. Ancaq gecə dəvətlərə və ya mərasimlərə gedirsinizsə, çəhrayının çalarlarına meyl edə bilərsiniz.

Klasik qırmızı rəng də sizə çox yaraşacaq.

Qızılı və narıncı rəngin çalarlarından uzaq durun.

Qara saç və qarayanız dəri

Siz istədiyiniz dodaq boyasını seçə bilərsiniz. Ancaq xüsusilə qırmızı, tünd çəhrayı, qəhvəyi kimi tünd çalarlardakı dodaq boyaları sizi çox cazibədar göstərəcək.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR