“Bavariya” salat – Resept
Bizi izləyin

Tabloid.az

“Bavariya” salat – Resept

Tabloid.az asan, ləziz “Bavariya” salatının reseptini təqdim edir:

Tabloid.az asan, ləziz “Bavariya” salatının reseptini təqdim edir:

İnqrediyentlər:

Südlü sosiska - 5 ədəd

Pomidor - 2 ədəd

Bərk pendir - 200 qram

Göy soğan

Mayonez

Duz

Hazırlanması:

Sosiskanı 10 dəqiqə qaynadın. Soyuduqdan sonra həlqə formasında doğrayın.

Pomidoru yuyun və kub formasında doğrayın.

Pendiri də eyni formada doğrayın.

Göy soğanı incə doğrayın. Ağ və ya qırmızı soğan istifadə etmək istəsəniz həlqə formasında doğrayın.

Zövqünüzə uyğundursa başqa göyərtilər də əlavə edə bilərsiniz.

Bütün ərzaqları qarışdırın, duz, istiot və mayonez vurun.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm