Kişilər qadınları bu geyimlərdə çox bəyənəcək - Fotolar
Bizi izləyin

Tabloid.az

Kişilər qadınları bu geyimlərdə çox bəyənəcək - Fotolar

Kişilər qadınları bu geyimlərdə çox bəyənəcək

Dünən Paris moda həftəsində "Valentin Yudashkin" moda evinin 2015 yaz-yay kolleksiyası nümayiş olunub. Sizi yeni kolleksiya ilə tanış etməzdən öncə onu deyim ki, hər qadının zövqünü oxşayacaq.

Düşünürəm ki, məhz Valentin Yudaşkin ən yaxşı rusiyalı dizayner adına layiqdir! Birincisi, dizayner artıq on ildən çoxdur ki, Parisdə moda həftələrində iştirak edir, öz kolleksiyalarıını təqdim edir. Yeni kolleksiyanı təqdim etdikdən 2 həftə sonra yeni kolleksiya ilə Moskvada dəb sevərləri yenidən tanış edir. İkincisi, Valentin Yudaşkin pret-a-porta xətti üzərə deyil, həm də madam kutür kolleksiyaları üzərində işləyir. Üçüncüsü, dizayner çox gözəl, incə və zərif axşam və kokteyl paltarları yaradır. Yeni kolleksiyası çox gözəl, romantik və zəngin parçalarla, fakturalarla, naxışlarla və applikasiyalarla boldur. Açıq və məsum rənglər kolleksiyada daha çox istifadə olunub. Modellər isə təkcə qadınların deyil, kişilərin də ürəyincə olacaq. Əks cinsin nümayəndləri qadınları bu geyimlərdə çox bəyənəcəklər. Ümumiyyətlə, sizi yormaq istəməzdim! Düşünürəm ki, xoşunuza gələcək!

Tabloid.az yeni kolleksiyadan fotoları təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm