“Masturbasiya səhnəsi ilə qürur duyuram” - Foto
Bizi izləyin

Tabloid.az

“Masturbasiya səhnəsi ilə qürur duyuram” - Foto

"Filmdəki masturbasiya səhnəsi çox şişirdilmiş, çox müzakirə olunmuşdu. Başa düşmürlər ki, bu kinodur, mən də aktrisayam"

Türkiyənin məşhur aktrisa və müğənnisi Hülya Avşar maraqlı açıqlamaları ilə gündəmə gəlib. “Berlin in Berlin” adlı filmində çəkildiyi masturbasiya səhnəsindən danışan Avşar qızı hamını təəccübləndirib.

Ötən gün Tarabyada tennis oynayarkən görüntülənən Avşar qızı Türkiyə kino tarixindəki ən bəyəndiyi filmlərdən söz açıb.

“Çox yaxşı filmlər çəkilib. Məsələn, “Susuz yay”, mənim də rol aldığım “Berlin in Berlin”, “Salxım xanımın dənələri” möhtəşəm əsərlərdir. Belə filmlər çoxdur, ancaq adları yadıma düşənlər bunlardır”.

Hülya Avşar “Sizi “Berlin in Berlin” tərzindəki filmlərdə yenə görə biləcəyik?” sualına isə bu cavabı verib.

“Hər an hər şey ola bilər. Ağlımda bir layihə var. Yaxın günlərdə həyata keçirəcəyəm. Daha öncə Türkiyədə belə bir iş görülməyib, tamamilə yeni fikirdir. Mən “Berlin in Berlin” filminə görə, Türkiyəyə ilk dəfə xaricdən “Ən yaxşı aktrisa” mükafatını gətirmişəm. Düzdür, filmdəki masturbasiya səhnəsi çox şişirdilmiş, çox müzakirə olunmuşdu. Başa düşmürlər ki, bu kinodur, mən də aktrisayam. Mən o səhnəni heç çəkinmədən canlandırdım. Özümlə, çəkildiyim o səhnə ilə və aldığım mükafatla qürur duyuram. İndi olsaydı, yenə o rolda oynayar, o səhnəyə çəkilərdim. Onu da qeyd edim ki, o səhnə ssenaridə yox idi, mən təklif etdim, Sinan Çətin də ssenariyə əlavə etdi”.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm