Sezen Aksu hicabla bağlı fikirlərinə aydınlıq gətirdi
Bizi izləyin

Tabloid.az

Sezen Aksu hicabla bağlı fikirlərinə aydınlıq gətirdi

"Kiçik yaşlı qızların başını örtməyin və onu kiçik bir qadına çevirməyin əleyhinəyəm"

Dünən Türkiyənin “Minik sərçə"si Sezen Aksunun konsertində hicab haqda səsləndirdiyi fikirləri təqdim etmişdik.

Qız şagirdlərin orta məktəbə hicabla gələ bilməsinə imkan yaradan yeni qəbul olunmuş qanuna etirazını bildirən “Minik sərçə” “Bizi örtməkdənsə, öz nəfsinizi tərbiyə edin, öküzlər” deyərək hamını təəccübləndirmişdi. Sezen Aksu səhnədə səsləndirdiyi bu fikirlərə görə tənqid obyektinə çevrilib.

Sənətçi sosial şəbəkədə fikirlərinə aydınlıq gətirməli olub.

O, insanların seçimlərinə hörmət etdiyini, lakin qızların uşaq yaşlardan başlayaraq hicab bağlamasının əleyhinə olduğunu bildirib:

"Azadlığın tərəfdarıyam. Yetkin insanın öz iradəsi ilə verdiyi hər qərarın, inancların, fikir və düşüncələrin qarşısında hörmətlə əyilirəm. Hər cür ayrı-seçkiliyə qarşıyam. Həyatım bunun nümunələri ilə doludur. Ancaq hələ kiçik yaşlı qızların başını örtməyin və onu kiçik bir qadına çevirməyin əleyhinəyəm. Səhnədə olanlar isə satiradır, şoudur”.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm