Makiyajdan ilk dəfə kişilər istifadə edib – Fotolar
Bizi izləyin

Tabloid.az

Makiyajdan ilk dəfə kişilər istifadə edib – Fotolar

Qadın yaranan gündən gözəl görünməyin yollarını axtarır. Hətta 2 yaşlı qız da güzgüyə baxanda özünə bəzək-düzək verir və bundan zövq alır. Halbuki 2 yaşlı şirin balacanın artıq aksessuarlara ehtiyacı yoxdur. Onun gözəlliyi elə onun şirinliyində, şıltaqlığ

Qadın yaranan gündən gözəl görünməyin yollarını axtarır. Hətta 2 yaşlı qız da güzgüyə baxanda özünə bəzək-düzək verir və bundan zövq alır. Halbuki 2 yaşlı şirin balacanın artıq aksessuarlara ehtiyacı yoxdur. Onun gözəlliyi elə onun şirinliyində, şıltaqlığında və körpəliyindədir. Bu da yəqin ki, instinktivdir. Qadın gözəlliklə doğulur...

Cazibədarlığını qorumaq üçün xanımlar daha nələrə atmır ki? Bu gün hamımızın istifadə etdiyi kosmetikalar, maskalar, saç düzləşdiricilər, biqudilər əslində ulu nənələrimizin ixtirasıdır ki, müasir formada bizə təqdim olunur. Tabloid.az-ın “Moda inqilabları” layihəsi çərçivəsində bu həftə kosmetikanın və makiyajın keçdiyi inkişaf yolları haqqında danışacağam.

Adətən xanımlar bir neçə dəqiqə də olsa, hər səhər güzgü önündə vaxt keçirməyi sevirlər, amma çox az xanım tapmaq olar ki, üzə makiyaj etmək dəbinin nə zaman yarandığı barədə xəbəri olsun. Makiyajın tarixi bir neçə min il bundan əvvələ gedib çıxır. Tarixən makiyaja münasibət birmənalı olmayıb. Maraqlıdır ki, tarixdə ilk dəfə makiyajın edilməsi kişilərin adı ilə bağlıdır. Aparılan tədqiqatlar göstərir ki, bəzi qədim xalqların kişiləri makiyaj ediblər. Məsələn, bəzi Afrika ölkələrində kişilər də kosmetik vasitələrlə üzlərini boyayaraq düşməndən qorunmaq, üzünü gizlətmək məqsədilə istifadə edirlər. Eyni zamanda, bir çox dini ayinlərlə əlaqədar olaraq üzü boyamaq Afrika tayfaları arasında geniş yayılıb.

Onlar düşməni qorxutmaq məqsədilə bədənlərinin bəzi hissələrini və üzlərini müxtəlif rənglərə boyayırdılar. Mayalılar və hindular qırmızı boyadan istifadə edirdilər. Qədim Şərqdə isə makiyajdan kimisə qorxutmaq üçün yox, daha gözəl görünmək üçün istifadə edirdilər.

Kosmetika Yunan dilindən “cosmo” sözündən götürülüb, mənası “boyanmaq sənəti” deməkdir. Kosmetika sözü isə - “bəzənmək mədəniyyəti” mənasını bildirir. Bəzənmək mədəniyyətinin düzgün təbliği isə şərqlilərə məxsusdur. Qədim Misirdə üzün boyanması geniş yayılmışdı. Sırf gözəllik məqsədilə kosmetikaya ehtiyac da qədim Misirdə yaranıb. Misirli xanımlarla yanaşı, kişilər də kosmetik vasitələrdən yararlanırdılar. Bunların içərisində sürmə, kirşan hətta nə qədər inandırıcı olmasa da, dırnaqlara çəkmək üçün boyalar da var idi.

Qədim Misir şahzadəsi Exnatonun arvadı Nefertiti indi də qadın gözəlliyinin siması hesab edilir. O, öz üz cizgilərini daha da gözəlləşdirmək üçün təbii qidalardan istifadə edirdi.

Kleopatranı da ilkin gözəllik reseptlərinin banisi adlandırmaq olar. Onlar ilk dəfə müasir kirşanı xatırladan əhəngli tozdan istifadə edirdilər. Göz kölgələrini isə his, kül əvəz edirdi. Dəmir oksid və gil qarışığından əldə etdikləri məhlulla dodaqlarını, müxtəlif yabanı meyvələrin şirəsi ilə yanaqlarını, təbii xına ilə isə əl-ayaqlarını boyayırdılar.



Məşhur Kleopatra isə öz gözəlliyini təbii bitki yağları ilə qoruyur və cazibəsini onlarla vurğulayır. Bundan əlavə o, baldan və süddən hazırlanmış qidalandırıcı maskalardan faydalanırdı.

Qədim Misirdə saçlara xına da qoyurdular. Qədim Yunanıstanda və Romada isə kosmetik vasitələr bitkilərdən hazırlanırdı.

Misirdən sonra qədim Yunanıstan və Romada da kosmetik vasitələr yaratmağa maraq artdı. Makedoniyalı İsgəndərin sarayındakı çinli qadınlar kosmetikaya daha çox meylli idilər. Onlar nəinki üzlərini boyayır, eyni zamanda, saç rənglərini də açır, kül və yumurta ağının qarışımından hazırladıqları məhlulla kirpiklərini boyayırdılar. Həddi buluğa çatmış hər bir qız kosmetikadan istifadə edə bilərdi.

Romalılar ilk dəfə olaraq müasir şampun, sabun, losyona bənzər müalicəvi kosmetik vasitələr yaratdılar. Romalılar masaja çox önəm verirdilər. Gözəlləşmək məqsədilə süd və süd məhsullarından qida kimi çox istifadə edirdilər. Eyni zamanda, zəngin romalı xanımlar dişi uzunqulağın südündə vanna qəbul edirdilər.

Romada ağdərili qadınlar daha gözəl hesab edilirdi. Saç rənglərini saraltmaq üçün baş dərilərini sabun, keçi südü və fıstıq ağacının külündən hazırlanmış xüsusi məhlula batırılmış süngər ilə sürtürdülər. Daha sonra saçlarını təbii gün işığında qurudurdular.

İntibah dövründən başlayaraq kosmetik vasitələrdən istifadə qərbi Avropaya yayılmağa başladı. Müasir dekorativ kosmetikadan xüsusilə fransızlar istifadə edirdilər. Çox maraqlıdır ki, o dövrdə fransız qadınları müalicəvi və ya qulluq vasitələri sayılan kosmetikadan qətiyyən istifadə etmirdilər. Yalnız gözəl görünmək üçün dekorativ kosmetika istifadə edirdilər. Yekaterina Mediçinin sarayında kosmetika istifadəsi aristokratlıq əlaməti hesab olunurdu. Baxmayaraq ki, bu cür kosmetikalar dərini tez qocaldırdı, fransız xanımları aristokrat görünüş qazanmaq üçün hər cür qurbana hazır idilər. Onlar qaşlarını tamamilə alırdılar və həmin nahiyədə tük çıxmasın deyə alınlarına əhəng və auripiqment adlı məhlul qarışığını sürtürdülər.

1190-cı ildə Kral Filip maraqlı bir fərman vermişdi. Fərman ölkədə yaxşı ənlik, kirşan və üzə qulluq vasitələrinin digər növlərini hazırlamaq qabiliyyəti olan sənətkarlar saraya dəvət edilməsi ilə bağlı idi. Başqa bir fransız kralı XVI Lyudovik isə çopurlarını gizlətmək üçün üzünə xüsusi kirşan sürtürmüş.

XX əsrdə I Dünya müharibəsində qadınlar kosmetikadan ehtiyatla istifadə edirdilər. Buna baxmayaraq, qadınlar ənlik bə kirşan çəkirdilər. Amma demək olar ki, gözlərini makiyaj etmirdilər.

1940-cı illərdə, ağır müharibə illərində nə qədər qəribə olsa da, qadınlar makiyajları ilə ön planda idilər. Kirpiklər tuşla, dodaqlar qırmızı dodaq boyası ilə xüsusi vurğulanırdı. Pomada qadın makiyajının ayrılmaz hissəsinə çevrilir.

1950-ci illərdə zəriflik və qadınlıq tendensiyaları nəniki dəbdə, həmçinin makiyajda müşahidə edilməyə başlandı. Qadınlar dəri üçün təbii mat kremlər, parlaq dodaq boyaları, tünd göz kölgələri istifadə edirdilər.

İllər keçdikcə kosmetik vasitələr yenilənir və inkişaf edir. Hazirda bu sənaye böyük biznes sahəsinə çevrilib. Bir maraqlı faktı da qeyd edim ki, dünyanı cənginə alan iqtisadi böhran ancaq kosmetika sənayesinə təsir etməyib. Bu isə illər keçsə də, zaman dəyişsə də, xanımların gözəl görünməyə marağının itmədiyini və heç nəyə baxmayaraq gözəl görünməyə can atdığını göstərir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm