• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Payızın trendi: məktəbli tərzi - Fotolar

Payızın trendi: məktəbli tərzi - Fotolar

Bəzən məktəbə gedən uşaqlara həsrətlə baxır, qayğısız keçən o illəri hüznlə yada salırıq. Hətta geyinmək istəmədiyimiz məktəbli forması üçün də burnumuzun ucu göynəyir. Məktəbli forması üçün darıxan tək siz deyilsiniz. Elə buna görə də tanınmış moda evlərinin dizaynerləri bu mövsüm məktəbli tərzinə yaxın modellər təklif edirlər.

Oktyabr ayı payız alış-verişini etmək üçün əla vaxtdır. Tabloid.az-ın bu icmalında yeni mövsüm trendi olan məktəbli tərzini təhlil edəcəyəm. Məktəb həyəcanının, dərs ilinin başlaması dəb tendensiyalarına də istiqamət verir. Gəlin məktəbə dönüş trendlərini birlikdə kəşf edək...

Bel Çantası: Bel çantasını məktəb dövrlərində hamımız istifadə etmişik və hələ də istifadə etməyə davam edirik. Ancaq yeni dərs ilinin başlamasından dolayı bir az daha önə çıxan trend halına gəldiyini söyləmək lazımdır. Bel çantası istifadə etmək üçün tələbə olmağınıza ehtiyac yoxdur. Dəri və ya dəri görünüşlü bir az vintaj tərzinə yaxın bel çantaları ilə şəhərimizin gözəl küçələrini sərbəst dolaşa bilərsiniz. Bir çox əşyanı arxanızda balanslı şəkildə daşımaq da işin ən gözəl tərəfidir.

Qısa yubka: Dama-dama və damalı naxışların yenidən trend olması, ətəklərin dizdən bir qədər yuxarı qalxması məktəbə dönüş meylinin ən əhəmiyyətli parçalarından biridir.

Dizdən yuxarı corablar: Əsl tələbə obrazı yaradan dizdən yuxarı corabları da unutmamaq lazımdır. Mini ətəklərin ən gözəl tamamlayıcısı olan bu corab yeni mövsümdə uzun çəkmələrlə də geyinilir.

Biləkdən bağlanan ayaqqabılar: Biləkdən bağlanan kəmərli ayaqqabı modelləri yeni mövsümdə də diqqət çəkir. Böyüklər üçün biləkdən bağlanan kəmərli ayaqqabıları dikdaban modelləri təklif olunur. Meri-Ceyn adlanan bu ayaqqabılar məktəbə dönüş trendinin ecazkar hissədir.

Oxford-Boyfriend köynəkləri: Məktəb dedikdə ağla ilk olaraq gələn detallardan biri də ağ, düyməli köynəklərdir. Köynəyin klassik bir parça olmasından əlavə, bu günlərdə “Back to School” obrazına ən çox o yaraşır. Açıq mavi, zərif çəhrayı tonları da bir o qədər aktualdır.

Mavi cins və idman ayaqqabısı: Ən çox da bu iki rahat və praktik geyim tələbələrin gündəlik stili deməkdir. İkisi də həm mövsümün trendidir, həm də məktəbə dönüş mövzusunun ən əhəmiyyətli parçalarındandır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR