İlahə: “Həyatıma daxil olmağa imkan vermirəm”
Bizi izləyin

Tabloid.az

İlahə: “Həyatıma daxil olmağa imkan vermirəm”

İlahə İbadova həyatını dəyişdi

Cazibədar müğənni İlahə İbadova özünü stressdən azad etmək üçün ətrafındakı insanların sayını azaldıb. Tabloid.az-a hər gün gərgin iş qrafiki ilə çalışdığını bildirən sənətçi deyir:

“Bu qədər işdən sonra stress yaşayanda əhval-ruhiyyəm olmurdu. Bütün neqativlər üzərimə gəlirdi. Bu da səhhətimə pis təsir göstərir. Düşündüm ki, mənə xoş gəlməyən, aurası ilə əhvalımı korlayan insanları özümdən uzaq tutum. Artıq onlara 10 addım uzaqdan salam verib keçirəm. Həyatıma daxil olmağa imkan vermirəm. Bunu sınadıqda gördüm ki, həyatım dəyişdi. Əvvəlkindən daha gümrah, xoşbəxtəm, Hərdən uşaq kimi tullanıb-düşmək istəyirəm.” – deyən sənətçi bundan sonra belə olmaqda davam edəcəyini bildirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm