Bəyimxanımdan xəbər var
Bizi izləyin

Tabloid.az

Bəyimxanımdan xəbər var

Muğam ifaçısı Bəyimxanım Vəliyeva “Arazbarı”nı oxuyub.

Muğam ifaçısı Bəyimxanım Vəliyeva “Arazbarı”nı oxuyub.

Tabloid.az xəbər verir ki, musiqisi Tahir Əkbərin, sözləri Sona Vəliyevanın olan əsəri Bəyimxanım muğam ustası Ehtiram Hüseynovla birgə ifa edib.

“Arazbarı”nın əvvəlində dahi bəstəkar Üzeyir Hacıbəylinin eyni adlı əsərindən bir parça səslənib. Burada muğam olduğu kimi, bədii qiraət də yer alıb. Bunu isə xalq artisti İlham Əsgərovla şairə Sona Vəliyeva səsləndiriblər.

“Əsər yaxın vaxtlarda dinləyicilərin ixtiyarına veriləcək. Bu sıradan bir mahnı deyil, böyük bir əsər olacaq. Həmin əsərin artıq yekunlaşma işləri gedir. Əsər o taylı-bu taylı həsrət çəkən azərbaycanlılardan, soydaşlarımızdan bəhs edir. Yaxın zamanlarda gözəl təqdimat etməyi düşünürük. Yəqin ki, noyabrın ortalarına kimi bu əsəri klip şəklində sizə təqdim edəcəyik” - deyə B.Vəliyeva deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm