Oskar mükafatı mərasimi başlayır
Bizi izləyin

Tabloid.az

Oskar mükafatı mərasimi başlayır

86-cı Oskar mükafatı mərasiminin başlanmasına az zaman qalıb

Görəsən, bu il Leonardo Di Kaprio üçün uğurlu il olacaq? Leonardo Di Kaprio "Wall Street Canavarı" filmində ifa etdiyi rola görə ən yaxşı aktyor kateqoriyasında Oskara nominasiya edilib.



Amma bu siyahının başlanğıcıdır. Kristian Beyl özünü "Amerikasayağı fırıldaq" filmidə yaratdığı rola uyğunlaşdırıb. Metyu Makkonahe "Dallas alıcılar klubu" filmindəki rolunu ifa etmək üçün çəkisini ciddi şəkildə azaldıb.



Amerikaninsesi.org xəbər verir ki, Çivetel Eciofor "Köləliyin 12 ili" filmindəki roluna görə Oskar mükafatına namizəddir.



Sandra Ballok "Qravitasiya" filmindəki roluna görə Oskar mükafatına nominasiya edilənlər arasındadır. Lakin mükafatın qalibi olması üçün Sandra "Amerikasayağı fırıldaq" filmində baş rolda çəkilmiş Emi Adams, eləcə də Meril Strip, Cudi Denç və Keyt Blenşetlə rəqabət aparacaq.



Cared Letonun "Dallas alıcılar klubu" filmində yaratdığı transseksual obrazı onu ən yaxşı tərəf-müqabili kateqoriyasında Oskara iddialı edib. Cared Leto indi Oskar mükafatı uğrunda Bredli Kuper, Conah Hill və Maykl Fesstbenderlə rəqabət aparmalıdır.



"Mister Banksı xilas edərkən" filmindəki roluna görə Tom Henks Oskara namizəd kimi göstərilməyib.



Cennifer Laurens "Amerikasayağı fırıldaq" filmindəki roluna görə ən yaxşı tərəf-müqabili kateqoriyasında da yarışacaq. Bu film "Qravitasiya" filmi ilə bərabər, hər biri 10 nominasiya ilə irəlidədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm