• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bürcə görə qadınların erotik istəkləri

Bürcə görə qadınların erotik istəkləri

“Bürcünü mənə de, deyim sən kimsən”. Artıq çoxları qarşısındakı insanı bu “üsulla” tanımağa başlayıb. Onların fikrincə, insanın bürcü onun haqqında çox şey deyə bilər. Hətta onunla necə davranacağını belə. Buna görə də, əziz kişilər, indi sizə qarşınızdakı qadını, onun erotik istəklərini bürcünə görə tanımağınız üçün bəzi astroloji məsləhətlər vermək istəyirik. Diqqətlə oxuyun, bürcünün onun xasiyyəti ilə nə qədər uyğunlaşdığına özünüz qərar verin.

Qoç

Əgər birini arzulasam, onu əldə edənə qədər əl çəkmərəm. Amma mənə çox qadağalar qoymağa, sıxmağa başladımı, arxama da baxmadan çıxıb gedərəm. Sevdiyim insanın mənə qarşı diqqətli olması əsas şərtlərimdəndir.

Buğa

Mənim üçün vaxtım çox önəmlidir. Bir insana, bir münasibətə vaxt ayırmağım üçün, o adam məni sevgisinə inandırmağı bacarmalıdır. Buna görə də asan-asan münasibətə başlamıram. Amma münasibətlərdə də sönüklüyü xoşlamıram, sevdiyim insanın fantaziyaları geniş olmalıdır.

Ekizlər

Nə qədər yorğun, bezgin olsam da, lazım olanda özüm-öz əhval-ruhiyyəmi qaldırmağı bacarıram. Həyata bir dəfə gəlirik, buna görə də hansısa cədvəl üzrə hərəkət etməsi sevmirəm. Mənə görə yataq həyatı nə qədər “hərəkətli” olarsa, evlilik də bir o qədər uzun olar.

Xərçəng

Sevdiyimin həm dostu, həm sevgilisi olmaq istəyirəm. Əgər o məni dostu kimi görmürsə, deməli, yetərincə sevmir. Sevgilimin “istəklərini” təmin edə bilmədiyim gün, hətta özüm onu öz əllərimlə başqa qadının yanına göndərə bilərəm.

Şir

İnsanlara qarşı çox humanist ola bilərəm. Amma bu humanistliyi çox insana qarşı göstərməyin tərəfdarı deyiləm. Çünki insanlar hər zaman onlara verilən dəyəri başa düşə bilmirlər.

Qız

Bir insanı nə qədər çox sevsəm də, ağıl mənim üçün həmişə birinci sıradadır. Ürək ilə sevməkdənsə, ağıl ilə sevmək daha vacibdir. Mənə görə uzaqdan sevməkdənsə, yaxından sevişmək daha maraqlıdır.

Tərəzi

Çox həssas insan deyiləm. Əgər sevgi mənim üçün qurtarıbsa, çox rahat şəkildə yoluma davam edə bilərəm. Keçmiş xatirələrlə yaşamaq mənə görə deyil.

Əqrəb

Bəli, qəbul edirəm ki, mən özümdən razıyam. Mükəmməl bir insan necə özündən razı olmaya bilər axı? Məni qarşımdakı insana bağlayan ən birinci cəhət də onun özünə olan inamıdır.

Oxatan

Həyatı ciddiyə alanları başa düşə bilmirəm. Eləcə də münasibətlərə çox ciddi yanaşan insanları. Əgər bununla alınmadısa, başqaa biri ilə mütləq alınacaq. Burada qeyri-adi nə var ki?

Oğlaq

Heç vaxt idarəolunan tərəf olmağı qəbul edə bilmərəm, kiminsə məni idarə etməyə çalışması məni əsəbləşdirir. Bu qayda yataq həyatına da aiddir.

Dolça

Asan əldə edilən biri deyiləm. Əgər artıq sənin yanında olmaq mənim üçün maraqlı deyilsə, ən qısa zamanda səndən uzaqlaşaram. Dəyərsiz birinə zaman xərcləməkdənsə,, daha dəyəli biri ilə bir gecə keçirərəm.

Balıq

Daxilimdə heç vaxt böyüməyəcək bir uşaq var. Sadiq insanam. Əgər sevsəm, nəyə sahibəmsə, hər şeyi o insanla paylaşmağa hazıram.

kishi.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR