• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Oksana jurnalistlərin görüşünə yeni "Eşq"i ilə gələcək

Oksana jurnalistlərin görüşünə yeni "Eşq"i ilə gələcək

Bu günlərdə Hindistanın məşhur “İndias Best Cine Star Ki Khoj” adlı müsabiqəsinin qalibi olan Oksana Rəsulova artıq Bakıdadır.

Tabloid.az xəbər verir ki, rəqqasə bu günlərdə jurnalistlərlə görüşəcək.

Tədbirdə Oksana müsabiqədəki qalibiyyətindən danışacaq, həmçinin “Eşq” mahnısına çəkilən klipini təqdim edəcək.

Oksana “Facebook” profilində yazıb ki, tədbirdə onun yaratdığı “İndian dance studio”nun üzvləri də iştirak edəcək. Rəqqasə həmçinin bildirib ki, klip bir müddət öncə qarpızdan zəhərlənərək vəfat edən Gülarə Həsənliyə həsr olunub.

Qeyd edək ki, tədbir oktyabrın 8-də saat 15:00-da “Park Bulvar”ın “VİP Cinema” zalında olacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR