Hamiləlikdə cinsi əlaqə zamanı qorunmaq lazımdırmı?
Bizi izləyin

Tabloid.az

Hamiləlikdə cinsi əlaqə zamanı qorunmaq lazımdırmı?

Hamiləlikdə cinsi əlaqə zamanı qorunmaq lazımdırmı?

Hamiləlikdə qorunmaq lazımdırmı?

Hamiləlik dövründə tərəf müqabili ilə cinsi əlaqədə olmaq cütlüklərin ən böyük problemlərdən biridir. Çox vaxt seksin təhlükəsiz olmadığı ilə bağlı fikirlərdən dolayı tərəf müqabilindən soyuyan qadın üçün hamiləlik daha da çətin hala gələ bilər.

Halbuki hamiləlik xəstəlik deyil, zövqlə yaşanması lazım olan bir prosesdir. Bədəndə dəyişikliklər olsa da, hesab edilənin əksinə, qadının cinsi arzusunda böyük nisbətdə artım baş verir. Bəs hamiləlikdə cinsi əlaqədə olarkən qorunmaq lazımdırmı?

Hamiləlikdə qorunmaq qadınları ən çox maraqlandıran məsələlərdən biridir.

Hamiləlikdə uşaqlığın ağzındakı kanaldakı selik sayəsində seks əsnasında qadının bədəninə girən sperma və bakteriyalar dayandırılır, bir baryer vəzifəsi görən bu maddə ilə qadın yeni hamiləlikdən uzaqlaşmış olar.

Ancaq yenə də spermanın içində olan prostaqlandin adlı maddənin uşaqlıq ağzında gərilmələrə səbəb ola biləcəyi üçün əlaqə zamanı prezervativ, ya da geri çəkmə metodu istifadə edilə bilər. Yenə də hər hansı risklə üzləşməmək üçün həkiminizdən seksual həyatınızla bağlı tövsiyə almaqda fayda var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm