Tabloid.az
Qadın ayaqlarının gözəlliyini vurğulayan geyim dəbi - Fotolar
Daha əvvəl bu qışın ən mühüm modasının trikotaj olduğundan bəhs etmişdim. Trikotaj dəbi ilə birlikdə onların fərqli formalarda şərh olunmasına şahidlik edirik. Belə ki, son zamanlar sviter paltar trendinin olduqca önə çıxdığını görürük. Küçə dəbinin ulduzu olan bu parça daha çox mövsümün ən mühüm tendensiyalarından - "oversized" (bol) sviterlərinin paltar kimi geyilməsi ilə də diqqət çəkir. Yəni, trikotaj paltarınız olmasına ehtiyac yoxdur. Boyu digər sviterlərə görə uzun olan "oversized" köynəklər bu mövsüm paltar kimi istifadə edilir.
Sviter paltar trendinin ən əhəmiyyətli nöqtəsi isə ayaqqabı seçimidir. 2015-ci ilin mühüm trendlərindən olan diz üstü çəkmələr bu tərz köynək və paltarlarla birlikdə kombin edilir. Diz üstü çəkməyə digər alternativ isə diz üstü corablardır. Hər iki şəkildə də müasir və minimal görüntü verən bu kombinasiyalarından başqa, sviter paltarların stilettolar, idman ayaqqabılar və biləkdə bitən qayıqcıqlarla da tamamladığını deyə bilərəm.
Trikotaj paltar dəbi soyuq havada həm tərz, həm qəşəng görünmək imkanı verən bir parçadır. Tək parça olmasına görə “gey və çıx” əlverişli vəziyyət yaratması da öz yerində. Bu geyim sadəcə böyük sinəli və qarınlı xanımlarda o qədər də yaxşı görünmür. Amma "oversized" trendindən istifadə edərkən geniş kəsimli olanlarına üstünlük verərək bu görünüşün gizlənməsinə nail olmaq mümkündür. Ofis içərisində opak corab, çəkmə kater və kombinasiyaları ilə yaxşı qalır. Gündəlik geyimdə isə lasinlərlə çox rahatlıqla uyğunlaşır.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK