Dodaqların çatlamaması üçün nə etmək lazımdır?
Bizi izləyin

Tabloid.az

Dodaqların çatlamaması üçün nə etmək lazımdır?

Qış aylarında bizə ən çox əziyyət verən çatlamış dodaqlarımız olur. Çəkdiyimiz dodaq boyaları heç də onları soyuqdan qorumur.

Qış aylarında bizə ən çox əziyyət verən çatlamış dodaqlarımız olur. Çəkdiyimiz dodaq boyaları heç də onları soyuqdan qorumur. Mütləq dodaq balzamlarından istifadə etməliyik.

Mən də bunu nəzərə alaraq ən yaxşı dodaq balzamı tapmaq üçün kiçik bir araşdırma apardım.

Məlum oldu ki, kosmetika sahəsindəki bütün brendlər dodaq balzamı istehsal ediblər. Ancaq dodaq nəmləndiricisi adı ilə satılan vasitələrdən heç də hamısı dodaqları nəmləndirmir. Məşhur bloq yazarlarının dediklərinə və məşhur jurnallarda dərc olunan məqalələrə nəzər salsaq görərik ki, qadınların hamısı eyni sözü deyir, “bu dodaq balzamının qoxusu və rəngi möhtəşəmdir, ancaq nəmləndirmir”.

Çox qəribədir əsl məqsədi dodaqları nəmləndirmək olan bu vasitələr qadınları sadəcə qoxu və rənglə cəlb etməyə çalışır.

Ona görə də dodaqlarının çatlamasından ehtiyat edən xanımlar bu nüanslara diqqət etməldirlər. Yoxsa 20-25 manat verib aldığınız dodaq balzamı sizi yarı yolda qoya bilər. Elə oxuduqlarımdan da bunu başa düşdüm ki, qadınlar bahalı firmaların məhsullarını alsalar da, onları bəyənmirlər. Ucuz məhsullar daha keyfiyyətli olur. Ən azından bu dodaq balzamları üçün keçərlidir. İndi isə keçək kiçik araşdırmamın nəticələrinə.

“Glamour” jurnalında yazılan məqalədə deyilir ki, demək olar ki, bütün dünya ulduzları eyni dodaq balzamından istifadə edirlər. Bu “Burt's bees honey lip balm” adlı vasitədir.

Dodaqları inanılmaz dərəcədə nəmləndirən bu məhsulun tərkibi təbii komponentlərdən ibarətdir. Qiyməti isə olduqca ucuzdur, sadəcə 10 dollara ona sahib ola bilərsiniz. Bir çox onlayn ticarət saytlarından sifariş vermək mümkündür.

Qadınların ən çox bəyəndiyi dodaq balzamlarını istehsal edən şirkətlərdən biri də “Nivea”dır.

Bu brendin də dodaq balzamları həm dodaqlara yumşaqlıq bəxş edir, həm də onları soyuqdan qoruyur. Çoxlu seçim imkanı yaradan firma rəngli, rəngsiz, qoxulu, qoxusuz, az yağlı, çox yağlı kimi növləri olan dodaq nəmləndiriciləri ilə qadınların ürəyini fəth edib. Onu da qeyd edim ki, “Nivea” da məhsullarına kifayət qədər ucuz qiymət qoyur. Onun dodaq qoruyucu vasitələrini 3-4 manata əldə edə bilərsiniz.

Çəkilməsi asan olduğu üçün qadınların ən sevdiyi dodaq balzamları sırasına “EOS” firmasının məhsulları da daxil ola biliblər.

Bir çox çeşidi olan bu dodaq boyaları möhtəşəm qoxu və yumuşaqlıq vəd edir.

Yumru, yumurtanı xatırladan şirin qabı ilə müştəriləri özünə cəlb edən “EOS” dodaq balzamlarını çəkmək çox asandır. Buna görə də bütün dünyada bu dodaq balzamları çox satılır.

Qadınların ürəyini fəth edən digər dodaq balzamları isə “MAC” firmasının məhsuludur.

Qış ayları üçün ideal olan bu dodaq balzamı dodaqlara mükəmməl yumuşaqlıq verir. “MAC” firmasının rəngli dodaq nəmləndiriciləri də var, ancaq onlar dodaqları çatlamaqdan qorumur. Əgər dodaqlarınız həddən artıq çox çatlayırsa, o zaman yenə bu brendin dodaq qoruyucu zərdabından faydalana bilərsiniz. Zərdab gecə yatmadan öncə çəkiləndə daha yaxşı təsir göstərir. Onu da vurğulayım ki, öncəki brendlərdən fərqli olaraq “MAC”ın dodaq boyaları elə də ucuz deyil.

Ucuz olmasa da keyfiyyətli olan bir digər dodaq balzamı isə “İnglot” markasına məxsusdur.

Bu vasitə dodaqları çatlamaqdan qorusa da, onun bir mənfi tərəfi var. O dodaqlara mütləq fırça ilə çəkilir və ya barmaqdan istifadə etməyə məcbur olursunuz. Ona görə də çantaya qoyub bütün günü yanınızda gəzdirmək üçün uyğun məhsul deyil. Ancaq gündə iki dəfə, səhər və axşam çəkməyi planlaşdırısınızsa, rahatlıqla ala bilərsiniz.

Sonda onu da qeyd edim ki, rəngsiz dodaq balzamlarından kişilər də istifadə edə bilərlər.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm