Astroloji proqnoz - 6 oktyabr
Bizi izləyin

Tabloid.az

Astroloji proqnoz - 6 oktyabr

Astroloji proqnoz - 6 oktyabr

QOÇ - Ümumən uğurlu bir gün yaşayacaqsınız. Qarşınızda duran böyük planları reallaşdırmaq üçün həmkarlarınızın köməyindən istifadə edin. Günün ikinci yarısı maraqlı təkliflər ala bilərsiniz. Uzaq səfərə çıxmayın.

BUĞA - Qarşınızda duran bütün vacib işlərinizi saat 16-ya qədər yekunlaşdırın. Göstərilən müddətdə nüfuzlu və təcrübəli insanların sizə böyük səmərəsi dəyə bilər. Sonrakı müddətdə neytrallığınızı qoruyun.

ƏKİZLƏR - İxtiyarınızda olan bu günü qənaətbəxş tərzdə başa vuracaqsınız. Astroloji göstəricilər yeni əlaqələr yaradacağınızdan xəbər verir. Tanrı hökmünə zidd hərəkətlər etməyin. Şəxsi büdcənizdə artım gözlənilir.

XƏRÇƏNG – Gün ərzində büdcənizdə irəliləyiş mümkün olsa da, qidadan zəhərlənmə ehtimalınız da var. Bir az diqqətli olun. Uzaq yola çıxmayın, məhkəmə və sənədləşdirmə işlərini mümkün qədər təxirə salın.

ŞİR - Astroloji təyinatlara görə, gün ərzində böyük işlər görəcəksiniz. Nəticənin uğurlu olacağını nəzərə alıb əzmkarlığınızı daha da artırmalısınız. Amma aldığınız təkliflərə düşünmədən razılıq da verməyin.

QIZ - Qarşınızda adi bir gün durur. Yalnız gündəlik iş və bir qədər utopik müzakirələrlə vaxtınızı ötürəcəksiniz. "Hər şeyi bilən yalnız Allahdır" prinsipinə qarşı unutqanlıq etməyin. Bu gün səfərə çıxmayın.

TƏRƏZİ - Yaxşı olar ki, saat 12-yə qədər bütün riskli və yeni işlərinizi təxirə salasınız. Əks təqdirdə cəhdləriniz daha çox boşa çıxa bilər. Sonrakı saatlarda isə ulduzlar şanslarınızı artıracaq. Uzaq səfərlər də səmərəlidir.

ƏQRƏB - Hansısa böyük uğursuzluqla rastlaşacağınızı ağlınıza gətirməyin. Lakin nə vaxtsa buraxdığınız səhvlərə görə müəyyən gərginliklə üzləşə bilərsiniz. Bu gün şəxsi işlərinizdə müsbət dönüşə nail olacaqsınız.

OXATAN - Daxili təlatümlərinizi azaltmaq üçün əsas gücünüzü istirahətə yönəldin, ələlxüsus axşam saatlarını. Doğma kəslərinizin yanında, əyalətlərimizdə dincəlməyə çalışın. Səhvlərinizi etiraf etməkdən çəkinməyin.

OĞLAQ – Saat 11-14 aralığını nəzərə almasaq, bu təqvimi səmərəli şəkildə başa vuracaqsınız. Yeni tanışlıqlar və işgüzar əlaqələr mövqeyinizi göstərməkdə, planlarınızın reallaşmasında əhəmiyyətli rol oynayacaq.

SUTÖKƏN - Kosmik mənzərə səmərəsiz bucaqda olduğundan daha çox səhhətinizə (xüsusən də əsəblərinizə) fikir verməlisiniz. Bunu bacardığınız təqdirdə qalan işləriniz qənaətbəxş olacaq. Büdcənizdə artım da gözlənilir.

BALIQLAR - İnsanlardan bu qədər gileyli olmağınız sizə günah yazdıra bilər. Bundansa ətrafdakılarla ümumi dil tapmağa çalışın. Ali məqsədlərinizə çatmaqda əzmkar olun. Böyüklərin məsləhətini qulaqardına vurmayın.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm