“Məndə vəhşi seksuallıq var” - Fotolar
Bizi izləyin

Tabloid.az

“Məndə vəhşi seksuallıq var” - Fotolar

Ayaqlarını gizlətməyə çalışdığı üçün tənqidlərə məruz qalan gözəl

Bu gün sizə Türkiyənin ən gənc ulduzunun stilindən bəhs edəcəyəm. Gözəlliyi və hit mahnıları ilə yanaşı qeyri-adi və özünəməxsus geyim tərzi ilə həmkarlarından fərqlənən bu müğənninin kim olduğunu bəlkə də təxmin etdiniz. Söhbət gənclərin ən çox dinlədiyi müğənnilərdən olan Atiyədən gedir.

Gənc xanımların öz stillərini formalaşdırarkən rahatlıqla ilham ala biləcəkləri müğənnilərdən biri də Atiyədir. Elə bu səbəbdən “Onların stili” layihəsi çərçivəsində bu dəfə Atiyənin geyim stilini, saç tərzini və makyaj sirrlərini araşdırdım.

Bütün məşhurların arzusu özünəməxsus geyim tərzi yaratmaq olsa da, hamısı buna nail ola bilmir. Hər albom üçün imic dəyişən məşhurların sayı olduqca çoxdur. Onlar bəzən yenilik etmək istəyərkən gülməli vəziyyətə düşürlər. Bəzən də geyindikləri Madonna, Rihanna, Ledi Qaqa kimi ulduzların təqlidi olur.

Ancaq Atiyə Türkiyənin yeganə müğənnisidir ki, həm fərqli görünməyi bacarır, həm də heç kimi təqlid etmir. Onun özünəməxsus geyim tərzi gənc qızlar tərəfindən çox bəyənilir.

Atiyə üçün həm səhnədə, həm də gündəlik həyatda rahatlıq ön plandadır. Adətən lasini, tulum, dar şalvar, dəri geyimlər, topik və koftalar geyinməyi xoşlayır. Bütün libaslarının bədəninə tam oturmasına diqqət edir. Bəlkə də bunu gözəl bədən fiqurasını vurğulamaq üçün edir.

Tanınmağa başladığı ilk gündən etibarən səhnəyə lasini və dar şalvarla çıxan Atiyə bir ara tənqidlərə məruz qalmışdı. Onun davamlı eyni stildə geyinməsini lağa qoyurdular. Bəziləri isə Atiyənin ayaqlarının çirkin olduğu üçün davamlı olaraq lasini geyindiyini iddia edirdilər. Sellülitini gizləməyə çalışdığını iddia edənlər də az deyildi.

26 yaşlı gözəl müğənni bu tənqidlərdən sonra stilində biraz dəyişiklik etdi. O, mini donlar və şortlar geyinməyə başladı. Beləliklə, ayaqlarının dünya ulduzlarınkı qədər gözəl olduğunu sübut etdi. Ancaq Atiyə don və yubka modellərini seçərkən də özünəməxsus stilindən kənarlaşmadı. Yenə bədənə yapışan seksual modellərə üstünlük verdi.

Atiyə yüksək belli şort və şalvarları çox sevir.

Atiyənin özünəməxsus stili ən çox ayaqqabılarında əks olunur. Demək olar ki, həmişə eyni tip ayaqqabılar geyinir. Bunlar platforma səndəllər və ya idman ayaqqabıları olur. Bəzən də hündürdaban qısa çəkmələr geyinir. Babet, idman ayaqqabısı, həmçinin stilettolardan xoşu gəlmir. Paltforma ayaqqabıların daha rahat olduğunu düşünür. Bu həm də səhnədə boyunun daha uzun olmasına kömək edir.

Onun hər hansı rəngə üstünlük verdiyini deyə bilmərəm. Bütün rəngləri özünə yaraşdırmağı bacarır.

Geyimlərini tamamlayan aksessuralara çox önəm verir. Qolbaq, üzük və şərfları daha çox sevir.

Saçlarında təbii rəngləri görməyi daha çox xoşlayır. Qara və qəhvəyinin müxtəlif tonlarına boyadığı saçları ilə həmişə təbii gözəlliyini nümayiş etdirir. Qıvrım saçlardan vaz keçmir. Bəzən də dalğalı saç modelinə üstünlük verir. Saçlarını toplamağı sevsə də, çox vaxt açıq saxlayır. Gur və sağlam saçları ilə gözəlliyinə gözəllik qatır.

Atiye-sac-modelleri-sac-rengi-2

Atiye-sac-modelleri-sac-rengi-3

Atiye-sac-modelleri-sac-rengi-4

Üz dərisi çox gözəl olduğu üçün ağır makiyajlar etməsinə ehtiyac qalmır. Adətən sadə makiyaja üstünlük verir. Bəzən dodaqlarını, bəzən də gözlərini ön plana çıxarır. Səhnədə və klip çəkilişlərində onu rəngarəng görmək mümkündür.Dərisi ağ olduğu üçün bütün rənglər ona yaraşır. Ancaq o ən çox çəhrayı dodaq boyası və mavi göz kölgəsini sevir.

Atiye: 'Tarzıma kimse yorum yapamaz'

atiye (1)

Bu yaxınlarda “All” jurnalına müsahibə verən Atiyə stilinin detallaırndan bəhs edib. Maraqlı olduğunu düşündüyüm üçün həmin müsahibəni təqdim edirəm. Gözəl müğənninin stil sirrlərini özündən öyrənmək üçün ən yaxşı üsul bu müsahibəni oxumaqdır.

Mövsümə uyğun yox, zövqümə görə geyinirəm

- Modanı təqib edirsən?

- Modaya hələ balacalıqdan marağım olub. Həmişə anamın qarderobunu eşələyirdim. Uşaqlıqdan etibarən geyimlərimi özüm seçmişəm. Ananmın dediyinə görə, məktəbə gedəndə paltar davası salıramışam. Mövsümü nəzərə almadan, o gün nə istəyirəmsə, onu geyinirəmişəm. İndi də geyimlərimi zövqümə görə seçirəm. İki ayrı qarderobum var. Biri səhnə geyimlərim üçün, digəri isə gündəlik paltarlar üçün nəzərdə tutulub. Ancaq hər iki dolabda da ortaq bir stil var. Məncə stilim heç kimin fikrinə önəm verməyən bir qızın tərzini əks etdirir. Biraz vəhşi seksuallıq var məndə.

Koko Şanelin dediyi kimi, “Moda keçib gedir. Stil isə qalıcıdır”. Bu sözləri həyat prinsipimə çevirmişəm.

- Səhnədə niyə həmişə eyni tip libaslar geyinirsən?

- Səhnədə çox hərəkətliyəm, mahnı oxuyuram, rəqs edirəm. Ona görə də rahat hərəkət edə bilməliyəm. Geyimim rəqsimə uyğun olmalıdır. Səhnə libaslarım buna uyğun olaraq hazırlanır.

- Ən sevdiyin çanta modeli hansıdır?

- Həndəsi fiqurlardan xoşum gəlir. Qarderobumda heç əl çantam yoxdur. Bel çantaları və böyük çantaları daha çox bəyənirəm.

- Ən çox hansı aksessuarlar xoşlayırsan?

- Üzükləri çox sevirəm. Baş barmağıma taxdığım gümüş üzüyü heç çıxartmıram.

Ayaqqabı xəstəsiyəm. O gün geyinəcəyim ayaqqabıya qərar verdikdən sonra paltar və aksessuarları seçirəm.

- Ən çox nəyə pul xərcləyirsən?

- Ayaqqabıya.

- Nəyi əsla geyinməzsən?

-Kürk geyinmərəm. Bir də üzərində böyük loqolar olan çantalara pul xərcləmərəm.

- Gənc qızlara nə tövsiyə edərdin?

- Özünüz kimi olun, amma yeniliklərə də açıq olmağı bacarın.

- Qarderobundakı ən sevimli paltarın hansıdır?

- Kliplərim və konsertlərim üçün çox bəyəndiyim stilistlər tərəfindən hazırlanan xüsusi libaslar var ki, onları ölənə kimi saxlayacağan. Mənim üçün çox dəyərlidirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm