• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

İradə yəhudi mahnısı oxuyacaq

İradə yəhudi mahnısı oxuyacaq

Türkiyədə İradə İbrahimovanın piar kampaniyası başlayıb. İlkin olaraq, söz və musiqisi Şəhrizata, aranjemanı Ozan Çolaqoğluna məxsus “Olmamalıydı” mahnısı türk radiolarında səsləndirilir. Bu günlərdə 5 mahnıdan ibarət max-sinql buraxılacaq.

Müğənni Sərdar Ortacın retro mahnılarından birini yeni tərzdə hazırlanıb, alboma daxil edib. Bu işdə də Ozan Çolaqoğlunun əməyi var. Eyni zamanda, Minayə İbrahimova, Günel Sərdarqızının yeni aranjemanda və türk dilinə çevrilmiş mahnıları sinqlda yer alıb. Günelin mahnısının sözlərini Türkiyədə məhşur olan söz yazarı Günay Çoban yazıb. Növbəti yəhudi mahnısı “Sənələr” adlanır, Sarit Xadad bəstələyib, sözləri İsra Gülümsərə məxsusdur. İradə xanım bildirdi ki, bu mahnıya da klip çəkilib. Daha bir ekranlaşdırılan mahnı “Olmamalıydı” adlanır ki, bunu yayımı yaxın zamanlarda “Kral”da nəzərdə tutulub.

Tabloid.az-a açıqlama verən İradə İbrahimova əvvəlki yaradıcılıq işləri ilə sonuncuları müqayisəyə gətirdikdə, fərq hiss olunduğunu diqqətə çatdırdı:

“Zamanla hər şey dəyişir. Fərqlilik hiss etdim. Hər dəfə müxtəlif insanlarla çalışmaq, onların fikrini öyrənmək müğənni üçün yenilik axtarmaq deməkdir. Nəticə mənim üçün yaxşı oldu. Artıq sənətimlə bağlı kimlərlə işləyə biləcəyimi müəyyən etdim”.

İradə xanım xüsusilə vurğuladı ki, görülən işlər məhz Türkiyə üçün nəzərdə tutulmayıb. Bu ay ərzində Bakıya gəlməyi düşünən sənətçi yeniliklərini burada da təqdim edəcək:

“Bütün işlərim xüsusilə Azərbaycandakı dinləyicim, tamaşaçım üçündür. Türkiydə çalışmalarım sənətimə bir rəng qatdı. Dinləyicim bəyənərsə, nə gözəl, deməli nəticə uğurludu” – deyən sənətçi bildirdi ki, Bakıda nəzərdə tutulan təqdimatı ancaq televiziyalar vasitəsi ilə edəcək. Eyni zamanda eyni təqdimat Türkiyə telekanalları, radioları və mətbuatı üçün nəzərdə tutulub. Bu, çalışdığı heyətin sənətçimiz üçün nəzərdə tutduğu piar kampaniyasıdır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR