Məşhur qadınların sevimli geyimləri - Fotolar
Bizi izləyin

Tabloid.az

Məşhur qadınların sevimli geyimləri - Fotolar

Əlbəttə ki, sevimli donu və ya aksessuarı tez-tez geyinmək, taxmaq istəyirik. Məsələ təkcə onun bədən quruluşumuza çox yaraşmasında olmur. Sadəcə rahatlığımızı sevirik. Bu məsələdə məşhur, dünyada tanınmış və milyonlarla qazancı olan qadınların da bizdən

Əlbəttə ki, sevimli donu və ya aksessuarı tez-tez geyinmək, taxmaq istəyirik. Məsələ təkcə onun bədən quruluşumuza çox yaraşmasında olmur. Sadəcə rahatlığımızı sevirik. Bu məsələdə məşhur, dünyada tanınmış və milyonlarla qazancı olan qadınların da bizdən bir fərqi yoxdur.

Beləliklə, tabloid.az məşhur qadınların sevimli paltarlarının fotolarını təqdim edir:

Aktrisa Helen Bonem Karter paltolarını o qədər çox sevir ki, hətta kökələndə də özünə yenisini alımır.

Keyt Middleton da tez-tez yeni libaslarda müxtəlif mərasimlərdə iştirak edir. Onun yalnız ayaqqabı və klatçlarını dəyişdirməsi geyimi bir neçə dəfə geyindiyini göstərir.

Vanessa Hacens bu kepkasını çox bəyənir.

Emi Adams "Coach Madison Phoebe" markalı çantasını çox sevir.

Rozi-Hantinqton- Uaytli də "Viktor&Rolf" markalı çantasına sadiqdir.

Sara Cesika Parker çırıq cinsini tez-tez geyinir.

Sara "Elisabeth Weinstock" brendindən olan çantasını da sevir.

Viktoriya bu ayaqqabılarını tez-tez geyinir.

Kira Naytli isə cins kombinezonuna sadiqdir.

Qven Stefani "Barbara Bui" markalı bleyzerini hər yerə geyinir.

Kristen Stüart bu cinsini çox bəyənir.

Haydi Klum da koral rəngli çantasının pərəstişkarıdır.

Cesika Bill "Tod's" markalı gün eynəyini bütün yay boyu taxıb.

Cesika Alba kaşmir kardiqanında özünü çox rahat hiss edir.

Cenifer Eniston bu medalyonu ancaq qırmızı xalıda boynundan çıxardır.

Kim Kardaşyan "Max Mara"dan geyindiyi paltosu ilə dəfələrlə kameralara poz verib.

Riz Uizerspun "Westward Leaning"dən olan eynəyini çox bəyənir.

Enn Heteuey isə bəbir printli libasını bu yay çox geyinib...

Corc Kluni ilə yenicə evlənən Amal Alamuddin də qəhvəyi rəngli çantasını çox sevir. O, çantanı o qədər bəyənib ki, Amal eyni çantadan başqa rəngdə də alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm