Gülbən Ərgən hacı xanım oldu - Fotolar
Bizi izləyin

Tabloid.az

Gülbən Ərgən hacı xanım oldu - Fotolar

Ötən həftə həyatını Erhan Çelik ilə birləşdirən məşhur müğənni Gülbən Ərgən həccə gedib

Ötən həftə həyatını Erhan Çelik ilə birləşdirən məşhur müğənni Gülbən Ərgən həccə gedib.

Müqəddəs torpaqlarda həyat yoldaşı ilə çəkilmiş fotolarını ilk dəfə paylaşan müğənni hacı olmağın xoşbəxtliyini yaşayıb.

Ancaq sosial şəbəkədə Gülbəni həmin şəkillərə görə tənqid atəşinə tutublar. Gülbənin açıq-saçıq geyindiyini deyən sosial şəbəkə istifadəçiləri Məkkədən şəkil paylaşmağın reklam olduğunu iddia ediblər. Gülbən isə onlara bu cavabı verib:

“Şərh yazanlar, ürəyini qaraldanlar, qəlb qıranda bundan zövq alanlar, xarici görünüşümə aldanıb həqiqəti unudanlar... Olduğum yerin adəti nədirsə, geyimim də ona uyğun olur... Ölkəmə qayıdanda qəlbim, nəfsim, nəfəsim dəyişməz... Geyimim dəyişər. Siz nəyə baxırsınızsa, onu da görürsünüz. Hər dəfə ürəyimi bir az da təmizləyib gəlirəm bu yollardan, bu torpaqlardan. Sosial şəbəkədən bəzən ALS xəstəliyinə, bəzən də “Çocuklar gülsün diye” layihəmə, hərdən bir mahnıma, hərdən də bayramlara diqqət çəkmək üçün istifadə edirəm. Bura mənim yaşadıqlarım və seçdiklərimdən ibarət olan yerdir...”.

Tabloid.az müğənnin həcc ziyarəti zamanı çəkilən fotolarını təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm