• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İdmana xəstə kimi aludə olan ulduzlar - Fotolar

İdmana xəstə kimi aludə olan ulduzlar - Fotolar

Bəzən idmana, sağlam həyat tərzinə aludəçilik xəstəliyə çevrilir. Hollivudun tanınmış fitnes təlimçilərindən biri etiraf edib ki, bəzi ulduzlar özbaşına məşq edirlər, sonra süfrədə də özlərinə nəzarəti itirirlər.Təlimçi hesab edir ki, cazibədar və gözəl görünən ulduzlar heç vaxt özlərini idman zallarında daxildən yormurlar. Lakin biz fitnesə aludə olan ulduzlara diaqnoz qoymayacağıq. Yaxşı olardı ki, onların idmana olan bu sevgisindən biz də ilhamlanardıq.

Madonna

Мадонна

4 il sonra pop kraliçasının 60 yaşı olacaq. Bu yaşı ona kim verər ki?! Madonna vaxtının əksər hissəsini idman salonunda keçirir. Hər gün 2 saat fitneslə məşğul olur, velotrenajorda qaçır, yoqa və pilateslə də məşğul olmağı unutmur. Hər səhnəyə çıxışında əvvəl o, 45 dədiqə velosiped sürür. Peşəkar təlimçilər bundan çox narazıdırlar. Treysi Anderson əmindir ki, bu yüklənmə nəticəsində müğənninin omba xətti öz formasının itirir. Çünki Madonna qidalanmasına da sərt tələblər qoyub. Xatırladaq ki, o, ət, çörək və süd məhsulları, yumurta yemir.

Rene Zelverger

Рене Зеллвегер

"Bricit Consun gündəliyi" filmi üçün aktrisa 15 kilo kökəlib, arıqlamışdı. Rene anoreksiya, bulumiya kimi xəstəliklərdən əziyyət çəkməsi ilə bağlı söylənilən şayiələri özünə təhqir hesab edir. Çünki idmanla çox məşğul olduğunu idda edir. "Mən məşq etməyi çox sevirəm. Bu yeganə məşğuliyyətdir ki, mən özümlə tənha qala bilirəm. Ona görə də təlimçi ilə birlikdə çalışmaq istəmirəm. Dostlarla idman zalına getmək təklifi də ürəyimcə deyil".

Aktrisa sərt pəhriz saxlayır. Film çəkilişləri dövründə meyvə və su ilə qidalanır. Onun sözlərinə görə, aclıq hissinə qalib gəlməyi həmişə bacarıb.

Mayli Sayrus

Майли Сайрус

Bir neçə il öncə mehriban, qıvrım saçlı amerikalı qızın yanaqları qırmızı, özü isə toppuş idi. Mayli arıqladı, saçlarını kəsdirdi, sevgilisi ilə ayrıldı, dilini və ombalarını nümayiş etdirməyi öyrəndi. Formada qalmaq üçün müğənni şəxsi təlimçisi ilə evində məşq edir. Pilates üzrə təlimçi Mari Vinzor deyir ki, Mayli hər gün 30 dəqiqə press edir ki, qarın əzələləri möhkəmlənsin. Pilateslə, rəqslə məşğul olur. Bundan başqa, omba əzələləri üçün də əlavə məşqlər edur.

Pink

Пинк

"Həyatımda nə baş verməyindən asılı olmayaraq, hər gün məşq edirəm. Özü də məşq zamanı sadəcə yorulmuram, insanın yorulmayacağı həddə qədər məşq edirəm. Tay boksu, qaçış, yoqa, press tapşırıqları... Hərdən zarafat edirəm ki, transvesitlər kimi press edirəm. Çünki qızların bədənində belə kubiklər olmur".

Tina Kandelaki

Тина Канделаки

Teleaparıcı gözəl bədən quruluşunu, incə belini və əllərini sosial şəbəkədə paylaşdığı fotolarda nümayiş etdirməyi sevir. Tina etiraf edir ki, kökəlməyə meyilldir. Ona görə də formada qalmaq üçün həmişə məşq etməlidir. Onun gündəlik qrafiki belədir: trenajor zalı, rəqs və qaçış. Ancaq xəstələnəndə bu qrafikdə dəyişiklik olur. Onun qaldırdığı ştaqın çəkisi 50 kq-dır.

Polina Kisenko

Полина Киценко

"Podium Market Fashion Group"-un kreativ direktorunu idman həvəskarı adlandırmağa adamın dili gəlmir. Çünki o, əsl peşəkardır. Sadəcə titulu yoxdur. O, hər gün 2 saat qaçır, velosiped sürür, trenajorda, üzgüçülüklə məşğul olur. Qışda xizək sürür .

Xəbər lenti

DAHA ÇOX XƏBƏR