Bu bitki bütün xəstəliklərin dərmanıdır
Bizi izləyin

Tabloid.az

Bu bitki bütün xəstəliklərin dərmanıdır

Qış aylarında xəstələnməmək üçün ən yaxşı vasitə

Təbiətin bəxş etdiyi ən faydalı meyvələrdən biri də itburnudur. İtburnuda portağaldan dəfələrlə çox C vitamini var. Onun tərkibində həmçinin, B1, B2, K, E, karotin fol turşusu kimi maddələr də var.

İtburnu soyuqdəyməyə faydalıdır. Böyrək və qaraciyər xəstəliklərində, öd və sidikqovucu kimi tətbiq edilir. İtburnu çiçəyindən dəmlənmiş çayı qızdırmaya qarşı təsiredici vasitədir.

C vitamini orqanizmdə maddələr mübadiləsini aktivləşdirir, müxtəlif infeksiyalara və xarici mühitin digər zərərli təsirlərinə qarşı bədənin müqavimətini artırır. Qanda xolesterinin miqdarını azaltdığına görə damar kirəcləşməsinin qarşısını alır. Mübadiləni yaxşılaşdırır, yaraları sağaldır. Buna görə də itburnu meyvəsi mədə xorası, şəkərli diabet, qızdırma, ürək xəstəlikləri, ateroskleroz kimi xəstəliklərin aradan qaldırılmasına kömək edir.

Sidikqovucu təsiri olduğu üçün yüksək qan təzyiqinin və böyrək xəstəliklərinin müalicəsində faydalıdır. İtburnu C vitamini ilə yanaşı, dəmirlə də zəngindir. Ona görə də bu meyvədən qanazlığından əziyyət çəkənlər də istifadə edə bilərlər.

Ayda 5-6 gün itburnu çayı içsəniz, qış aylarını qripə yaxlanmadan keçirəcəksiniz.

Ev şəraitində itburnu dəmləmək üçün bir xörək qaşığı itburnunu (20 qr) bir stəkan suya töküb 10 dəq qaynatmaq lazımdır. Suyu qaynatdığınız qabın ağzını açmadan bir sutka saxlayın. Daha sonra onu ikiqat tənzifdən süzüb gündə iki dəfə yarım stəkan için. Dadını yaxşılaşdırmaq üçün şəkər və ya bal qatmaq olar.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm