Miranda Kerri bu gözələ dəyişdi - Fotolar
Bizi izləyin

Tabloid.az

Miranda Kerri bu gözələ dəyişdi - Fotolar

Məşhur aktyor Orlando Blumun gözəl aktrisa Marqo Robbiyə aşiq olduğu iddia olunub

Məşhur aktyor Orlando Blumun gözəl aktrisa Marqo Robbiyə aşiq olduğu iddia olunub.

Ötən il həyat yoldaşı Miranda Kerrdən boşandıqdan sonra uzun müddət heç kimlə münasibət qurmayan Orlandonun eşqə düşməsi xəbəri Hollivud gündəmini alt-üst edib.

Orlando Blumun avstraliyalı aktrisaya çiçək, oyuncaq ayı, müxtəlif bahalı hədiyyələr göndərərək onun könlünü almağa çalışdığı deyilir. Aktrisanın dostlarından biri Avstraliyada yayımlanan “Woman’s Day” jurnalına açıqlama verərək Orlando Blumun Marqo ilə görüşmək üçün dəridən-qabıqdan çıxdığını, zəng edərək saatlarla yalvardığını deyib.

Ancaq Marqo Orlandaya görə sevgilisindən ayrılmayacağını bildirir.

Qeyd edək ki, 24 yaşlı Marqo Robbi Leonardo Di Kaprio ilə birlikdə rol aldığı “The Wolf of Wall Street” filmindən sonra məşhurlaşıb.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm