Sərin payız günlərinin ən dadlı meyvəsi
Bizi izləyin

Tabloid.az

Sərin payız günlərinin ən dadlı meyvəsi

Sərin payız günlərinin ən dadlı meyvəsi

Kinkan- portağal, naringi və limon fəsiləsindən olan meyvədir. Kinkan çox zaman Kumkvat da adlandırılır. Vətəni cənub-şərqi Çin və Hindçindir.

Ölçüsünə görə ən xırda sitrus meyvəsidir. Portağala oxşayır, lakin diametri 2-3 sm, uzunluğu isə 2,5-4 sm-dir. Bir meyvənin kütləsi 12-15 qram olur. Forması yumru və ya ovaldır. Qabığı nazik, narıncı və ya qırmızı-narıncıdır. Ətirli, şirin və xoşagələn dadlıdır. Dadına görə portağalı xatırladır. Ən çox yayılmış sortlarından Naqami və Meiva göstərilə bilər.

Bu meyvələr qrupundan olsa da, qabığı ilə yemək daha əhəmiyyətlidir. Qoxusu isə hamımızın sevdiyi berqamotu xatırladır.

Kinkan həm də şirniyyat ehtiyacını ödəyən meyvələrdən biridir.

C vitamini ilə bol olan kinkan güclü antioksidantdır. İmmun sistemini möhkəmləndirdiyi üçün xəstəliklərə qarşı bədəni qoruyur və güclü təsir göstərir. Qabığı ilə birlikdə yeyilməsi orqanizmin infeksiyalara qarşı gücsüz qalmasına mane olur.

Kinkanın trkibi A və C vitamini ilə yanaşı, B1, B2 və B3 vitamini ilə zəngindir. Bu vitaminlərin yüksək olması əsəb sisteminin normal fəaliyyəti üçün də faydalıdır.

Kalsiumla zəngin olan kinkan sümük və diş sağlamlığı iüçün də əhəmiyyətli meyvədir.

Kinkan meyvəsi xüsusilə təzyiq və xolesterini aşağı salan təsirli meyvələrdən biridir.Yüksək xolesterindən əziyyət çəkən şəxslərin kinkandan nizamlı şəkildə istehlak etməsi tövsiyə edilir.

Eyni şəkildə təzyiq problemi olan insanlar üçün də keçərlidir.

Gözəl ətri olduğundan kinkandan mürəbbə və marmelad da hazırlanır. Həmçinin meyvə suyu və sous kimi də işlədilir. Qabığı ilə birlikdə salata doğraya da bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm