Kişilərin laqeyd qala bilmədiyi yapon qadınlarının gözəllik sirləri
Bizi izləyin

Tabloid.az

Kişilərin laqeyd qala bilmədiyi yapon qadınlarının gözəllik sirləri

Kişilərin laqeyd qala bilmədiyi yapon qadınlarının gözəllik sirləri

Yapon qadınlarının gözəllik sirləri

Hamar dərisi və parlaq saçları ilə körpə uşaqları xatırladan yapon qadınlarının əməl etdikləri ənənəvi gözəllik rituallarının nədən ibarət olduğunu bilirsiniz?

Tabloid.az hamar dərisinə və parıldayan, qara saçlarına kişilərin də laqeyd qala bilmədiyi yapon gözəllərinin ənənəvi qulluq qaydalarını təqdim edir:

Bu üsullar yapon qadınlarının gözəlliyinə sahib olmaq istəyən dünya ölkələrinin qadınları tərəfindən də tətbiq olunur.

Tərkibi ən təsirli anti-aging (yaşlılıq əleyhinə) bitkilərdən ibarət olan kremlər: yosun, omega-3 yağ turşuları, yod və C vitamini mükəmməl dəri qoruyucusuna çevrilir. Yosun maskaları dəridəki qızartıları aradan qaldırır, dərini toksinlərdən təmizləyib onun gənc qalmasını təmin edir.

Parlayan dəri ilə mübarizədə kirşandan istifadə etmək əvəzinə, ağıllı yapon qadınları makiyaj çantalarında yağ əmici dəsmallar gəzdirir. Bu dəsmallar kirşan kimi dərinin nəfəs almasına mane olmadan mat effekti yaradır. Bu dəsmalları makiyaj etməzdən əvvəl dərinin yağını almaq üçün istifadə edə və ya makiyaj etdikdən sonra yüngül tampon edərək istifadə edə bilərsiniz.

Yapon qadınları nəmləndiriciləri bizim kimi ehtiyatla sürtmək yerinə, dəriyə yüngülcə vuraraq sürtürlər, beləliklə, qan dövranını da artırırlar. Yaxşı qan dövranı isə kollagen istehsalında və təravətli dəriyə qovuşmaqda ciddi rol oynayır.

Yapon qadınları sabunlu bezdən istifadə etməyə laqeyd yanaşmırlar, amma bu bezlərdə mütləq diqqət etdikləri bir məqam var! Onlar üçün sabunlu bez saf və təbii tərkibli olmalıdır. Bu təbii və yumşaq bezlər ölü dəridən daha az sabunla, daha təsirli şəkildə xilas olmağı təmin edir.

Hər nə qədər bürünc dəri seksuallıq rəmzi hesab olunsa da, ağ dəri də alicənablığı simvolizə edir. Düyü unu həm dəri rəngini ağardır, həm də sızanaqlardan xilas olmaqda çox təsirlidir. 3 qaşıq düyü ununu məcun halına çevrilənə qədər süd əlavə edib qarışdırın və təmiz üzə çəkin. 20 dəqiqə gözlədikdən sonra dərinizi ilıq su ilə yaxalayın və nəmləndirici çəkməyə laqeyd yanaşmayın.

Kamelya yaponlar üçün xüsusi çiçəkdir. Yaponiyada kamelya yağı bir çox sahələrdə geniş istifadə edilir. Yeməklərə dad vermək, dərini gözəlləşdirmək, saçları uzatmağa qədər bir çox sahədə tətbiq edilir. Yapon qadınları saçlarını yuduqdan sonra, saçlarının ortasından uclarına qədər kamelya yağı sürtərək saçlarının nəm ethiyacını təbii şəkildə ödəyirlər.

Gündə iki stəkan yaşıl çay içmək yapon qadınlarının öz gözəlliklərini qorumaq üçün ən asan üsuludur. Sərbəst radikallarla döyüşən, antioksidantla zəngin olan yaşıl çay həm bədənin, həm dərinin cavan qalmasına yardımçı olur. Eyni zamanda, yaşıl çay vannasının da bir yapon ənənəsi olduğunu xatırlatmaq lazımdır.

Yaponların ən çox yedikləri yeməklərdən biri də dəniz məhsulları və balıqdır. Omega-3 yağ turşuları ilə zəngin olan balıqlar uzun ömürlü olmağı dəstəklədiyi kimi tərkibindəki vitamin və minerallar sayəsində sağlam və parıldayan dəriyə qovuşmağa da kömək edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm