Payızın yeni dəbi xanımları ciddi və məsum göstərəcək - Fotolar
Bizi izləyin

Tabloid.az

Payızın yeni dəbi xanımları ciddi və məsum göstərəcək - Fotolar

Payızın yeni dəbi

Maskulen geyimin son bir neçə ildir ki, populyarlığına davam etdiyini görürük. Bu geyim tərzinin qadın geyim dəbinə təsiri olduğu kimi, aksessuar və s. detallarda da özünü göstərir. Məhz bu detallardan biri olan qara lent və ya kəpənək trendinin qış mövsümünün vacib aksessuar dəbindən biri olduğunu deyə bilərəm. Adətən ağ köynəklərin yaxasında bağlanan lent və ya şərflər diqqət çəkir. Lakin bir çox dizaynerin kolleksiyasında yaxasında qara lent detalı olan parçalar da görmək mümkündür.

Qara lent və kəpənək detalı müxtəlif şəkillərdə də istifadə edilə bilər. Sadə, düz bluzun üzərinə bağlayacağınız lent, ya da yaxası olan hər hissəyə əlavə olunacaq bir parça qara lent ilə tələbə görünüşü yaxalaya bilərsiniz.

Təbii qara lentin təsirini yalnız geyimlərdə görmürük. 2014 payız podiumlarında hörüklərə bağlanmış qara lentlərin diqqət çəkdiyini də qeyd etmək istəyirəm. Hörüklərin içində istifadə edilən qara lentlərin görüntüsü olduqca estetikdir. Bəlkə geyiminizdə istifadə etməyi düşünmürsünüz, bəlkə də, saçlarınıza taxmaq istəyərdiniz... Kim bilir?

Tabloid.az qara lent dəbinə aid bir neçə nümunə toplayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm