
Xalq artisti Alim Qasımov Meksika və Vyanada konsert proqramları ilə çıxış edəcək.
Tabloid.az xəbər verir ki, muğam ifaçısı oktyabrın 15-də Meksikaya yola düşəcək. Meksikada dörd günlük konsert proqramı nəzərdə tutulur.
Alim Qasımovun Vyana konsertləri isə oktyabrın 29-30-da olacaq. Sənətçi Vyanada qızı, əməkdar Artist Fərqanə Qasımova ilə birgə çıxış edəcək.