Qışda mini ətək geyinməyin qaydaları
Bizi izləyin

Tabloid.az

Qışda mini ətək geyinməyin qaydaları

Üşüməmək və eyni zamanda dəbli görünməyin yolları

Payız və qış mövsümü soyuq keçdiyi üçün bəzi xanımlar bir-birindən gözəl ətəklərini nümayiş etdirmək üçün yaz aylarını səbirsizliklə gözləməyə başlayırlar. Ancaq ətəklərinizlə vidalaşmağa məcbur deyilsiniz, qışda da mini ətək geyinmək mümkündür. Sadəcə olaraq üşüməmək və eyni zamanda dəbli görünmək üçün bir neçə qaydaya əməl etməlisiniz.

1.Mini ətəyinizi qalın kalqotka ilə geyinə bilərsiniz.

Kışın Etek Giyme Sanatı!

Bu sizi üşüməyə qoymayacaq. Eyni zamanda stilinizlə olduğunuzdan bir neçə yaş gənc görünəcəksiz.

2.Dizə kimi corab dəbi

Kışın Etek Giyme Sanatı!

Bu mövsüm corablar stilinizə şıqlıq qatacaq. Dizə kimi olan corablarla mini ətəyinizi kombin edə bilərsiniz. Üşümədən ayaqlarınızın gözəlliyini nümayiş etdirməyin ən yaxşı üsulu budur.

3.Uzun çəkmələr

Kışın Etek Giyme Sanatı!

Bu il dizüstü çəkmələr olduqca dəbdədir. Uzun çəkmələrin ən yaxşı tərəfi onları qısa ətək və donla kombinləməyin mümkün olmasıdır. Əgər qış aylaırnda günaşırı mini paltarlar geyinməyi planlaşdırırsınızsa, qarderobunuza uzun çəkmə əlavə etməyi unutmayın.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm