Rəqsanə Allahdan nə istədi?
Bizi izləyin

Tabloid.az

Rəqsanə Allahdan nə istədi?

Dünən gecə müğənni Rəqsanə İsmayılova qızı Aysunun yanına İstanbula gedib.

Dünən gecə müğənni Rəqsanə İsmayılova qızı Aysunun yanına İstanbula gedib. Müğənninin iki qızı var, Aysun İstanbulda qalır, kiçik qızı isə Bakıda məktəbə gedir. Rəqsanə özü isə yeni evləndiyi həyat yoldaşı ilə Moskvada yaşayır. Deyəsən, övladları ilə arasındakı uzun məsafələr onu çox yorur və narahat edir. Belə ki, müğənni Allaha duasını gizli formada deyil, sosial şəbəkədə edib.

Tabloid.az müğənni xanımın duasını təqdim edir:

“Allahım, bütün balaları xoşbəxt elə, heç bir övladı anasız etmə. Şükür Allaha, mənim balalarım var. Allahım mənə ruzi-bərəkət ver, heç kimə möhtac etmə, qoy mələklərimi doydurum. Mən müğənnidən başqa, həm də anayam. Ona görə heç bir balanın göz yaşını görmək istəmirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm