• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Qadınların sağlamlığı üçün təhlükəli olan geyimlər

Qadınların sağlamlığı üçün təhlükəli olan geyimlər

İngiltərəli alimlər qadınların sağlamlığı üçün təhlükəli olan geyimlərin siyahısını yayımlayıblar.

Onlar bir çox geyimlərin boyun, kürək və diz ağrılarına səbəb ola biləcəyini, həmçinin skleroz xəstəliyinə şərait yarada biləcəyini bildiriblər.

Bəs təhlükəli geyimlər hansılardır?

Qələm ətək

kalemetek 460

Bu model ətək dizlərin bir-birinə həddindən ziyadə yaxın olmasına səbəb olur və düzgün yeriməyi çətinləşdirir. Dizlərin bükülməsinə imkan vermədiyi üçün uzun müddət bu tip ətəklər geyindikdə əzələlərin gərginləşməsi və əzələ ağrıları müşahidə olunur.

Ağır boyunbağı

heidikulm kolye

Boyun əzələləri ancaq basın ağırlığına tab gətirəcək şəkildə formalaşır. Ona görə də ağır boyunbağılar boyun ağrılarına səbəb ola bilir.

Korsetlər

korse451

Korsetlərdən davamlı olaraq istifadə etmək çox təhlükəlidir. Korsetlər rahat nəfəs almağa mane olur. Həmçinin sümüklərin onurğaya etdiyi təziyiqin artmasına gətirib çıxarır. Bu isə bel ağrıları ilə yanaşı, onurğa xəstəlikləri ilə də nəticələnə bilir.

Hündürdaban ayaqqabılar

yuksektopuk 460

Bu model ayaqqabılar həm ayaqlar, həm də bel üçün zərərlidir.

Davamlı olaraq hündürdaban ayaqqqabıda gəzmək baş barmağın çıxması, ayaqlarda şiş və ağrı ilə nəticələnə bilir.

Baldırdakı əzələlərin gərginləşməsinə və nəticədə qan dövranının zəifləməsinə gətirib çıxarır.

Hündürdaban ayaqqabıdan vazkeçməyən qadınlar həmçinin diz ağrıları ilə də üzləşməli olurlar.

Boyundan bağlanan geyimlər

boyundanbaglamali451

Bikini, topik və ya alt paltarlarınızın boyundan asılı olmamasına diqqət edin. Çünki bu modeldəki geyimlər də ağır boyunbağılar kimi təsir göstərir. Yəni, boyun, çiyin və kürək ağrılarına gətitib çıxara bilir.

Dar büstqalterlər

sutyen cara451

Xüsusilə də böyük sinəli qadınlar büstqalterlərinin bədənlərinə uyğun olmasına diqqət etməlidirlər. Yoxsa döşlərdə bir çox problemlər yarana bilər.

Dar cinslər

jeans 451

Həm bel, həm omba, həm də beli sıxan dar cinslər rahat yeriməyinizə əngəl olurlar. Bu da ayaqlarda və beldə duzlaşma, ağrı və onurğada əyriliklə nəticələnir.

Böyük çantalar

buyukcanta 451

Həddən artıq böyük çantalar onurğa sümüyünü əyilməsinə səbəb ola bilir.

Ona görə də xüsusilə arıq və qısa boylu xanımların daha kiçik çantalardan istifadə etmələri tövsiyə olunur.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR