Qış fəslində gümrah olmağın 10 yolu
Bizi izləyin

Tabloid.az

Qış fəslində gümrah olmağın 10 yolu

Qış fəslində gümrah olmağın 10 yolu

İnsan həyatında ən önəmli olan can sağlığıdır. Buna görə də gün ərzində, həmçinin fəsil dəyişkənliyində bəzi proseduralara əməl edərək sağlamlığa ciddi fikir vermək lazımdır. Lakin cəmiyyətimizdə həyat tərzinin vacib elementlərinə əməl etməyənlər də var. Onların bir çoxu piylənmə və ya digər xəstəliklərdən əziyyət çəkir. Bütün fəsillərdə, xüsusən qış fəslində formada olmaq istəyənlər, istəyə uyğun aşağıdakı məsləhətlərə əməl edə bilərlər:

Sudan yetərincə istifadə etmək: Qış aylarında gözəl görünmək və formada qalmaq istəyənlər ilk növbədə su ehtiyacını qarşılamalıdırlar. Belə ki, havaların soyuması zamanı insanlarda suya olan təlabat da azalır. Bu baxımdan qış fəslində bədəni su ilə təmin etmək olduqca vacibdir. Bildiyimiz kimi susuzluq aclıq hissini də yaradır. Həmin proses son nəticədə piylənmə və ya kökəlmə xəstəliklərinə səbəb olar. Məhz buna görə gərəksiz zamanda aclıq hiss etdikdə 1 stəkan su içmək məsləhətdir. Aclıq hissi 10-15 dəqiqə içində keçmədikdə o zaman qida qəbulun başlamaq olar.

Yemək souslarına diqqət: Yağlı souslu yeməklər gizli kalori qaynağı ola bilər. Bu baxımdan süfrədə müxtəlif cür faydalı salatların olması daha yaxşıdır. Salat hazırladıqda formada saxlayan tərəvəzlərə (xiyar və s.) üstünlük verin. Yağlı yeməklər və souslar üçün hazırlanan salatlara limon-sirkəsi, nar və s. dadlandırıcılar əlavə etdikdə gizli kalorilərə qarşı effektli sayılır.

Meyvə-tərəvəz istifadə edin: Gündə 2-3 meyvə-tərəvəz istifadəsi məsləhətdir. Əlavə olaraq 2 pay salat, bir pay tərəvəz yemək olar. Lazımi miqdarda meyvə-tərəvəz istifadə etdiyiniz zaman qəbizlik problemi azalacaq. Həmçinin vitamin-mineral və antioksidant ehtiyacınız qarşılanmış olacaq.

Fındıq və qoz: Gündə 10-15 dənə fındıq, 3-4 dənə qoz və ya 10 dənə yerfındığı yemək faydalıdır. Fındıq və qoz E vitamini və Omeqa-3 cəhətdən zəngin qaynaqlardır. Bu çərəzlər bədəni gümrah saxlamaqla yanaşı dəri gözəlliyinin də qeydinə qalır.

Tam buğda və ya çovdar: Ağ və ya kəpəkli çörəklər yerinə, tam buğda və ya tam çovdar çörəyi yemək olar. Ağ çörəyə görə daha az kalori olan bu çörək məhsulları sinklə də zəngindir.

Kalorisi yüksək içkilərdən uzaq durun: Kremli və ətirli qəhvə yerinə südlü qəhvələrdən, meyvə suları yerinə meyvə çayları istifadə edin. Qazlı içkilərin əvəzinə ayran və kefir kimi içkilərə üstünlük verin.

Çaylar: İmmunitet sistemi üçün ekinezya, adaçayı, böyürtkən, cökə və zəncəfil kimi bitki çaylarını seçmək olar.

Meyvə şirəsi əvəzinə meyvə qəbulu: Formada qalmaq üçün meyvə şirəsi əvəzinə meyvələrdən istifadə faydalıdır (Üzüm və s.). Çünki meyvə suyu ilə aldığınız kalori daha yüksəkdir.

Süd və süd məhsulları: Səhər yeməyində və ara paylarda süd və süd məhsullarından istifadə edin. Aparılan tədqiqatlara görə süd məhsullarında olan kalsium yağa yapışaraq həzmə uğramadan yaranan yağları atır.

Yumurta istifadəsi: Həftədə 2-3 dəfə yumurta istifada edin, xolesterolu yüksək olanlar üçün bu, önəmlidir. Yumurtanı qaynadaraq və ya az yağlı omlet kimi yemək məsləhətdir. Yumurta uzun müddət toxluq hissi yaradır beləcə enerji balanslaşmış olur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm