Soyuq havada əlləri yumşaq və hamar edən üsullar - Fotolar
Bizi izləyin

Tabloid.az

Soyuq havada əlləri yumşaq və hamar edən üsullar - Fotolar

Soyuq havada əlləri yumşaq və hamar edən üsullar

Soyuq havaların gəlməsi ilə birlikdə mütəxəssislər quruyan və ekzema riski artan əllərimiz üçün bəzi tövsiyələr verirlər. Əllərə həmişəkindən çox diqqət göstərmək lazımdır. Tabloid.az dermatoloq Gökhan Okanın soyuq havalarda əlləri qorumaqla bağlı tövsiyələrini təqdim edir:

Soyuq havalarda quruyan və ekzema riski artan əllərimiz üçün mütəxəssis tövsiyələri:

Əlləri qurutmayan təmizləyicilər istifadə edin

Əllərinizi qurutmayan təmizləyici istifadəsinə önəm verin. Hər dəfə əlləri yuduqdan sonra əllərinizin nəmini itirdiyini unutmayın. Çünki sabun əlləri tez qurudur.

İlıq su ilə yuyun

Əllərin ilıq su ilə, dəri qurutmayan sabunlarla yuyulmasına diqqət edilməlidir.

Duş saatlarını qısaldın

Duş qəbulunun vaxtı qısaldılmalıdır. Uzun sürən vanna qəbulu, dərinin daha çox nəm itirməsinə səbəb olur.

Zeytun yağı və E vitamini

Şi yağı, qliserin, zeytun yağı və vitamin E tərkibli nəmləndiricilər əl sağlamlığı üçün faydalıdır.

Mətbəxdə əlcək geyinin

Mətbəxdə tərəvəz və meyvə doğrayan zaman əlcək geyinin.

Kremlərlə baryer yaradın

Xüsusilə dəri qıcıqlandırıcı maddələrlə təmasda olan zaman dəriyə baryer effekti yaradan kremlər faydalıdır. Baryer effektli kremlər dərinin üst təbəqəsini qoruyur, nəmləndirici xüsusiyyətindən əlavə üst təbəqədə baryer əmələ gətirmə xüsusiyyətindən dolayı kimyəvi maddələrin içəri girməsini əngəlləyirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm