Kişilərin yatmış ehtirasını alovlandıran geyimlər
Bizi izləyin

Tabloid.az

Kişilərin yatmış ehtirasını alovlandıran geyimlər

Kişilər hansı qadınları daha rahat əldə olunan hesab edirlər?

Kişinin qəlbinə gedən yol ilk növbədə onun gözlərindən keçir. Bu fikir qadınlara aid deyil. Çünki qadınları kişilərin geyimi o qədər də maraqlandırmır. Amma kişilər isə əksinə, qadınların geyimlərdəki xırda detal belə düşündürür. Qadınlar da öz növbəsində sevdiyi kişinin diqqətini cəlb etmək üçün daha çox seksual və cəlbedici geyinməyə, xüsusən də alt paltarlarında bunu göstərməyə çalışırlar. Daha çox qırmızı və qara rəngdə olan son dəbli alt geyimlərini geyinirlər.

Psixoloqlar deyirlər ki, müəyyən kişilər bədən cizgilərini bəlli edən geyimlər geyinən xanımları sevir və onları rahat əldə edilən qadınlar sırasına daxil edirlər. Amma bəzi kişilər də var ki, qadının geyimindən görünməyən bədən hissələrindən daha çox ehtiraslanır. Bunu da fantaziyalarında canlandırmağa çalışırlar. Qadının geyimində sinəsi bağlıdırsa, mütləq kişinin fikri onun sinəsində qalacaq və onları görmək üçün hər yola əl atacaq.

Kişilər daha çox cins şalvar və donları sevirlər. Bu onları daha çox cəlb edir. Amma son zamanlar qadınlar nədənsə, bu geyimlərə çox üstünlük vermir. Qısa geyimlərdə də kişi görmək istədiyini tez görür və az da olsa, gözü doymuş olur.

Zolaqlı və xallı parçalardan olan geyimlər kişiləri zehni cəhətdən çox yorur və ehtirasını azaldır.

Qırmızı rəng isə yatmış ehtirası alovlandırır. Həm də qırmızı rəngə üstünlük verən xanımlar daha çox ehtiraslı və çılğın olurlar. Bu geyimləri ilə qarşı tərəfə sanki işarə verirlər.

Qara rəng də qadına xüsusi cazibə verir. Xüsusən kişilər qara rəngli alt paltarları geyinən qadınlara tam təslim olurlar.

Alt paltarı qadının silahı olmalıdır. Üst geyim nə olursa-olsun, o qədər də önəmli olmaya bilər. Sonda onu soyunmaq lazımdır. Amma alt paltarının seksual olması kişinin ehtirasını artırıb son həddə çatdıra bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm