Orqanizmi havadakı zəhərlərdən qoruyan qidalar
Bizi izləyin

Tabloid.az

Orqanizmi havadakı zəhərlərdən qoruyan qidalar

Bədəni və dərini havadakı zəhərlərdən qoruyan qidalar

Dünyada oksigen nisbəti təəssüf ki, getdikcə azalır. Avtomobillərin havaya buraxdığı zəhərli qazlar, toz və çirkə boğulmuş havadan nəfəs alaraq bədənimizi çirkləndiririk. Yalnız havada deyil, qəbul etdiyimiz dərmanlar, kimyəvi maddələr, stress və daha bir çox amillər də əslində toksin mənbəyidir. Qidalanma və pəhriz mütəxəssisi Nil Şahin Gürxan bütün bu mənfi cəhətlərdən özümüzü qorumaq üçün nələr yeməyimiz lazım olduğunu açıqlayıb.

Tabloid.az bədəni toksinlərdən təmizləyən qidaların siyahısını təqdim edir:

Pərpərəng

Pərpərəngin tərkibində olan yüksək miqdarda omega-3 yağ turşusu onu digər yaşıl yarpaqlı tərəvəzlərlə müqayisədə hiss ediləcək şəkildə ön plana çıxarır. Pərpərəngdəki əsl möcüzə isə enerji dəyəri çox aşağı, haradasa sıfır kalori olmasına baxmayaraq, omega-3 yağ turşuları baxımından son dərəcə zəngin olmasıdır. Bu qədər aşağı enerji dəyərinə sahib olsa da, (yalnız 16 kcal/100g) yağ turşuları baxımından bu qədər zəngin və funksional olması təəccüb doğurur.

Pərpərəng bitkisi omega- 3 yağ turşusu ilə yanaşı, liflər, vitaminlər və, minerallar baxımından olduqca zəngindir. Mükəmməl A vitamini mənbəyi olan pərpərəng yaşıl yarpaqlı tərəvəzlər arasında ən təsirli olanıdır. A vitamini güclü təbii antioksidantdır, həmçinin görmə qabiliyyətini yaxşılaşdırır. A vitamininin mühüm funksiyaları arasında sağlam selikli qişasının və dəri baxımı üçün də faydalı olmasıdır.

Pərpərəng C vitamini baxımından da zəngin mənbədir. Bəzi komplekslər, riboflavin və karotenoidlər kimi vitaminlərdə zəngindir.

Çiy pərpərəgnin növbənöv salatlarını hazırlaya və ya qatıqla qarışdırıb yemək olar. Həmçinin zeytun yağı və ya qiyməli pərpərəng də bişirə bilərsiniz.

Yaşıl çay

Katexin kimi bir sıra antioksidantlar ehtiva edən yaşıl çayın tərkibinə eyni zamanda bir miqdar da kofein daxildir. Kofeinin kiçik dozada olmasının müsbət dopinq təsiri yaradır. Yaşıl çayın tərkibinə həmçinin maqneziumla, kalium da daxildir. Maqnezium sinirləri sakitləşdirir, stressi azaldır, insulin hormonunun fəaliyyətini dəstəkləyərək qanda şəkər nisbətini təmin edir. Kalium isə həyati əhəmiyyət daşıyan bir mineraldır. Bədəndəki su və mineral tarazlığını təmin edir.

Yaşıl çayın tərkibindəki flavonoidler xərçəngdən bədəni qoruyur və metabolizmin fəaliyyətinə dəstək verərək şişi azaldır.

Alça

Həzmin nizamlı və yetərli dərəcədə işləməsini təmin edən yaşıl alça lif baxımından zəngin olduğundan, mədə qazı, qəbizlik və qaz probleminin də qarşısını alır. İmmun sisteminin formalaşmasında və qorunmasında təsirlidir.

Yüksək miqdarda antioksidant daşıdığı üçün bədəni ətraf-mühitin zərərli təsirlərindən qoruyur. Ağciyər sağlamlığının qorunmasında təsirlidir: yaşıl alça yeyənlərin astma, ağciyər xərçəngi, soyuqdəymə, öskürək və xroniki ağciyər problemlərindən uzaq qaldığı tədqiq olunub. Yaşıl alçada olan C vitamini bədənimizdə bağ toxumalarının qalmasında yardımçı olur. Beləliklə, orqanizmin gənc, sağlam və gümrah olmasını təmin edir.

Ananas

Tərkibindəki bromolin maddəsi ilə metabolizmini sürətləndirən və arıqlamağa kömək olan ananası tez-tez yeməliyik. Ananas həmçinin fol turşusu və C vitamini ilə də boldur.

Hüceyrə yenilənməsinə kömək edən və immunitet sistemini gücləndirən təsirlərini nəzərə alsaq, ananas ən güclü toksin atıcı meyvədir.

Limon

4 mövsüm yeyilən sitrus bitkisi olan limon yaz-qış süfrədən əskik olmur. C vitamini ehtiva etməsi immun sistemini gücləndirir. Limon dəridəki elastik toxumanı gücləndirməkdən başqa, orqanizmi dəmir çatışmazlığı və qan azlığından qoruyur. Bundan əlavə, A vitamini və fol turşusu də ehtiva edən limonun hüceyrə yenilənməsində rolu var. Bir sözlə, limon bədəni toksinlərdən azad edən ən yaxşı bitkilərdən biridir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm