Təxribatçı qadınların geyim tərzi - Fotolar
Bizi izləyin

Tabloid.az

Təxribatçı qadınların geyim tərzi - Fotolar

Libaslar zərifliyi önə çıxartmağa qadirdir.

Qadınlar özəl günlərdə, mərasim və tədbirlərdə həmişə libas geyinməyə üstünlük verirlər. Çünki libaslar qadınlığı, zərifliyi və gözəlliyi daha yaxşı vurğulamağa, önə çıxartmağa qadirdir.

Tabloid.az xanımlara ən incə materialdan - krujevadan hazırlanan libaslara nəzər salmağı təklif edir. Dünya ulduzları da qadının zərif, cazibədar, təxribat yaradıcı obrazını yaradan krujeva libasları çox sevirlər.

Hillari Suonk, Kirsten Danst, Skarlet Yohanson

Enn Heteuey, Sara Cesika Parker, Cenifer Lopez

Kira Naytli, Dita fon Tiz, Keyt Bosuort

Bütün məşhur brendlərin kolleksiyalarında krujeva donlara rast gəlmək mümkündür. "Dolce&Gabbana" moda evivinin qara, qırmızı və ağ rəngdə hazırladığı donlar sadəliyi, eyni zamanda ehtişamı ilə insanı valeh edir.

Digər markalar da ondan geri qalmırlar.

"Alberta Ferretti", "Anna Sui", "Oscar de la Renta", "Lanvin"

Krujeva libasda qadın sərtliyi, onun təxribatçı obrazı gizlənir. Bu materialdan tikilən libasın modeli sadə olmalıdır. Çünki krujeva özü obraza dərin məzmun qatır.

Lakin bəzi ulduzlar bu məsləhətləri qulaqardına vurublar. Ona görə də aktrisa Salma Hayekin qatlı, qırçınlı krujeva geyimi onu ecazkar göstərmir.

Krujeva don ən yaxşı kokteyl libası hesab edilir. Təsadüfi deyil ki, o həmişə moda evlərinin kolleksiyalarında öz yerini alır.

"Alexon", "Christopher Kane", "David Meister"

"Dolce&Gabbana", "Little Mistress", "Lover

"Stella McCartney", "Tfnc", "Valentino"

"Vivienne Westwood", "Toast", "Stella McCartney"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm