Məryəm Üzərli qadınları gözəlləşdirəcək – Foto
Bizi izləyin

Tabloid.az

Məryəm Üzərli qadınları gözəlləşdirəcək – Foto

Məşhur aktrisa Məryəm Üzərli öz adını daşıyan kosmetik brend yaradacaq

Bu yaxınlarda məşhur aktrisa Məryəm Üzərli öz adını daşıyan kosmetik brend yaradacaq. Markasının adını “By Meryem” qoymağı planlaşdıran aktrisa dodaq boyası, ənlik, kirşan kimi məhsullar istehsal edəcəklərini açıqlayıb.

Aktrisa bir ildən çoxdur ki, qardaşı ilə birgə istehsal edəcəkləri gözəllik vasitələri üzərində işlədiklərini deyib. O, bildirib ki, kirpikləri üçün iki fərqli tuşdan istifadə edir. Elə öz markasını yaratmaq fikri də buradan yaranıb. Çünki qarşısına iki məhsulun gücünü tək bir tuşda cəmləşdirmək hədəfini qoyan Məryəm öz kosmetik markasını yaratmağa qərar verib.

Məryəm Üzərli 2015-ci ildə satışa çıxarmağı planlaşdırdığı məhsulların reklam çarxlarında da özü rol alacaq.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm