Selana Qomezin möhtəşəm qırmızı mini donda Fotoları
Bizi izləyin

Tabloid.az

Selana Qomezin möhtəşəm qırmızı mini donda Fotoları

Selana Qomez möhtəşəm qırmızı mini donda

Disneyin kiçik ulduzu kimi tanıdığımız Selena Qomez uğurlu musiqi karyerası ilə yanaşı artıq möhtəşəm stili də yaxından təqib edilən xanımlardandır. Bir çox dəb tənqidçisi tərəfindən yeni stil ikonası kimi göstərilən Selena geyim üslubu ilə həqiqətən də digərlərindən seçilir.

Balaca, şirin qız tərzini bir kənara qoyan Selena artıq nüfuzlu dizaynerlərin paltarlarını geyinir. 22 yaşlı Selena qırmızı xalça mərasimlərində ən çox bəyənilən adlardan biri olmağa çoxdan nail ola bilib.

“Rudderless” adlı filmin premyerasında geyindiyi paltar ilə gündəmə gələn Selena qəşəng stili ilə hər kəs tərəfindən bəyənilib. Qırmızı mini paltarını şəffaf görünüşlü stilettoları ilə tamamlayan Selena təbii makiyajı və zərif aksessuarları ilə gecənin ulduzu olmağı bacardı.

Uzun illərdir birlikdə olduğu sevgilisi Castin Bieberdan ayrıldıqdan sonra böyük dəyişiklik yaşayan Selana artıq stili ilə daha çox gündəmə gəlir.

Tabloid.az Selana Qomezin gecədə çəkilən yeni fotolarını təqdim edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm