"Zolaqlı reys" - Resept
Bizi izləyin

Tabloid.az

"Zolaqlı reys" - Resept

Tabloid.az ləziz və dadlı xörəyin reseptini təqdim edir. Kotletin, kartof və pomidorun ləziz birləşməsindən doymayacaqsınız.

Tabloid.az ləziz və dadlı xörəyin reseptini təqdim edir. Kotletin, kartof və pomidorun ləziz birləşməsindən doymayacaqsınız.

Kotlet üçün inqrediyentlər:

1 toyuq filesi

1 yumurta

1 kiçik soğan

1 çay qaşığı taxıl xardalı

1 çay qaşığı ketçup

Ədviyyat, duz

2-3 xörək qaşığı un

Kotlet üçün ərzaqlardan qiymə hazırlayın, yaxşıca qarışdırın.

Qarnir üçün inqrediyentlər:

6-7 kartof

5-6 pomidor

0,5 soğan

zeytun yağı

2 diş sarımsaq

Təxminən 100 qram istənilən pendir

1 yumurta

150 qram süd

100 qram xama

Hazırlanması:

Təmizlənmiş kartof dilimləyin, duzlanmış suda bişirin.

Həmçinin pomidorları doğrayın.

Soba tavasına xırdalanmış sarımsağı, yağlanmış kartofu, pomidor ardıcıllıqla düzün.

Kotletləri ortaya qoyun.

Kənarlarına həlqə formasında doğranılmış soğan düzün.

Sürtgəcdən keçirilmiş pendirə yumurta, xama, süd əlavə edib onun üzərinə səpin.

180 dərəcə isidilmiş sobada 35-40 dəqiqə bişirin.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm