Ancelina mükafatını almaq üçün saraya gəldi - Fotolar
Bizi izləyin

Tabloid.az

Ancelina mükafatını almaq üçün saraya gəldi - Fotolar

Ancelina mükafatını almaq üçün saraya gəldi - Fotolar

Xəbər verdiyimiz kimi, iyun ayında Böyük Britaniya kraliçası II Yelizaveta Hollivud aktrisası Ancelina Colini mükafatlandırıb. Coli humanitar fəaliyyəti ilə bağlı xanım titulu qazanıb.

Heç olmamaqdansa gec olması məsləhətdir. Müqəddəs Mixail və Georgi böyük xaç ordeni və xanım titulu Ancelina Coliyə iyunda verilsə də, aktrisa fəxri adları almaq üçün Bukingem sarayına indi gəlib.
Lakin bu bu gecikmə mərasimin mahiyyətinə heç bir təsir etməyib və o, əsl titullu qadın kimi qarşılanıb. Coli mərasimə öz "Ralph&Russo" kostyumunda, həyat yoldaşı Bred Pitt və altı uşağı ilə birlikdə gəlib. Ordeni ona şəxsən kraliça II Yelizaveta təqdim edib.

Onu da qeyd edək ki, Ancelina Coli nə Britaniya, nə də Britaniya Birliyinə daxil olan ölkələrin vətəndaşı olmadığına görə adının qarşısına ona verilən "xanım" titulunu əlavə edə bilməz.

Elə bu səbəbdən də mükafat ona xüsusi hörmətlə verilən titul kimi qalacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm