Bal nə zaman öz keyfiyyətini itirir?
Bizi izləyin

Tabloid.az

Bal nə zaman öz keyfiyyətini itirir?

Bal nə zaman öz keyfiyyətini itirir?

İllərdən bəri balın insan sağlamlığına çox xeyirli olduğu haqda söhbətlər var. Tərkibində faydalı fermentlər, proteinlər, turşular, vitamin və minerallarla zəngin olan bal adətən enerji və şəfa mənbəyi kimi qəbul edilir. Lakin qida dəyəri çox yüksək olan bu məhsulun düzgün qəbul qaydasını bilmək vacibdir. Araşdırmalar göstərir ki, bal +43 dərəcə istiliyə məruz qaldığı halda tərkibindəki bütün faydalı fermentlər, proteinlər, turşular, vitamin və minerallar öz keyfiyyətini itirir. Yəni isti çay və ya südə qarışdırılaraq içilən balın heç bir faydası olmaz. Bunun əvəzinə ilıq süd və ya çaya qatılaraq içilən bal daha faydalı olur.

Bununla yanaşı balın soyuducuda saxlanılması da onun keyfiyyətini aşağı salır. Balın ən yaxşı saxlanılma qaydası otaq temperaturunda günəş işığına məruz qalmayan bir yerdə saxlamaqdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm